- 20 oktyabr, 22:04
- 108 dəfə oxunub
- 0
İqbal Astanlı və Babək Mahmudlunun xatirəsi idman yarışı ilə anılıb
"Bilesuvarinfo" xəbər verir ki, idanan yarışı Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin və Azərbaycan Güləş Federasiyasının birgə təşkilatçılığı ilə Biləsuvar Olimpiya İdman Kompleksində keçirilib.
Vətən müharibəsi şəhidləri İqbal Astanlının və Babək Mahmudlunun xatirəsinə həsr olunmuş yunan-roma və sərbəst güləş idman növü üzrə region açıq birinciliyində respublikanın 30-dan çox bölgəsindən 400 nəfərə yaxın, 2010-2011-ci il təvəllüdlü yeniyetmə arasında gərgin və maraqlı görüş keçirilib.
Yaş qrupları üzrə keçirilən görüşlərdən sonra qaliblər mükafatlandırılıb.
Mükafatlandırılma mərasimində Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin rəisi Aydın Yusifov, sektor müdiri Azad Quliyev, YAP Biləsuvar rayon təşkilatının sədr müavini Aqşin Qasımov, Güləş üzrə dünya çempionatının bürünc, Avropa çempionatının gümüş və bürünc mükafatçısı Taleh Məmmədov, Azərbaycan Güləş Federasiyasının nümayəndəsi, beynəlxalq dərəcəli hakim Tural Əliyev, Olimpiya Kompleksinin direktoru Tofiq Şahbazov, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə,təşkilat və müəssisə rəhbərləri, şəhidlərin valideynləri və rayon sakinləri iştirak edib.
Tədbirdə çıxışlardan sonra şəhidlərimizin həyatını və döyüş yolunu əks etdirən videoçarx nümayiş olunub.
Mükafatlandırma mərasimində qalib idmançılara diplom, medal və qiymətli hədiyyələr təqdim edilib.