- 20 noyabr, 08:16
- 546 dəfə oxunub
- 0
Şəhid Babək Mahmudlunun xatirəsinə həsr olunmuş turnir keçirildi
"Bilesuvarinfo" xəbər verir ki, turnirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin rəisi Aydın Yusifov, YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəis müavini Emin Mustafayev, Azərbaycan Güləş Federasiyasının nümayəndəsi Tural Əliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon sakinləri iştirak edib.
Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirin açılış mərasimində çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov və digər natiqlər Azərbaycanın ərazi bütövlüyümüz uğrunda Vətən müharibəsində gənclərimizin göstərdiyi rəşadətlərdən söz açdı. Qeyd olundu ki, Biləsuvar rayonundan da yüzlərlə gəncin könüllü olaraq 44 günlük savaşda qəhrəmancasına döyüşmüş, 69 nəfəri şəhidlik zirvəsinə yüksəlib. Onlardan mərd, mübariz igidimiz Babək Mahmudlu da Vətən yolunda döyüşərək şəhidlik zirvəsinə ucalıb. Bugün keçirilən yarış Babək Mahmudlunun timsalında bütün şəhidlərimizə həsr olunur.
Çıxışlardan sonra şəhidlərimizin həyatını və döyüş yolunu əks etdirən videoçarx nümayiş olunub. Yaş qrupları üzrə keçirilən qarşılaşmanın final mərhələsindən sonra qaliblər mükafatlandırılıb. Qalib idmançılara diplom, medal və qiymətli hədiyyələr təqdim edilib.