Biləsuvar rayonunda Aqrar İnnovasiya Festivalı keçirildi

"Bilesuvaronfo" xəbər verir ki, festival çərçivəsində mövsümün 8-ci toxum sərgi-satış yarmarkası təşkil edilib.
Festivalda Biləsuvar rayonu ilə yanaşı Neftçala, Cəlilabad, Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı rayonlarından fermerlər və toxum istehsalçıları iştirak ediblər.
Kənd təsərrüfatı sahəsində yeniliklərin təbliği, fermerlər və sahibkarlar arasında işgüzar əlaqələrin genişləndirilməsi istiqamətində keçirilən festivalda yerli və xarici şirkətlər tərəfindən müxtəlif innovativ məhsul və texnologiyalar nümayiş etdirilib. Kənd Təsərrüfatı Nazirliyinin tabeli qurumları festivalda öz məsləhət və xdimətlərini fermerlərin nəzərinə çatdırıblar.
Festival zamanı mütəxəssislər tərəfindən kənd təsərrüfatı məhsul istehsalçılarına məsləhət xidməti göstərilib, nümayiş olunan məhsul və texnologiyaların iş prinsipi və onlardan istifadənin üstünlükləri barədə məlumat verilib.
Qeyd edək ki, Biləsuvar rayonunda keçirilən Aqrar İnnovasiya Festivalı bölgələrdə təşkil edilən sayca 25-ci sərgidir.
Surxay Şahbazov
















Müzakirə edin
Həmçinin oxuyun:

03 oktyabr 2023, Çərşənbə axşamı
Biləsuvarda "İnnovasiya festivalı və Toxum Satış Yarmarkası" keçiriləcək

15 oktyabr 2022, Şənbə
Faiq Qürbətov İmişlidə keçirilən Aqrar İnnovasiya festivalında iştirak edib - ŞƏKİLLƏR
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.