Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » » Faiq Qürbətov İmişlidə keçirilən Aqrar İnnovasiya festivalında iştirak edib - ŞƏKİLLƏR


Faiq Qürbətov İmişlidə keçirilən Aqrar İnnovasiya festivalında iştirak edib - ŞƏKİLLƏR

15 oktyabr 2022, Şənbə
1 780
0

İmişli rayonunda Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi tərəfindən “Aqrar İnnovasiya Festivalı” keçirilib.

"BİLESUVARİNFO" xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi tərəfindən Aqrar innovasiyaların məhsul istehsalçılarına əlçatanlığının təmin edilməsi, təbliği və təşviqi məqsədilə İmişli rayonunda keçirilən “Aqrar İnnovasiya Festivalı”nda Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətovun rəhbərlik etdiyi  heyət də iştirak edib.

İmişli rayonunda keçirilən “Aqrar İnnovasiya Festivalı”nda aqrar sahədə fəaliyyət göstərən şirkətlərin, həmçinin nazirliyin və digər dövlət qurumlarının mütəxəssisləri tərəfindən festivalda iştirak edən fermerlər üçün aqrar sığorta, bitkiçilik və heyvandarlıq, dəqiq əkinçilik, “ağıllı” kənd təsərrüfatı sistemləri, ən yaxşı qabaqcıl kənd təsərrüfatı təcrübələri barədə təlimlər, tədbirin keçirildiyi bölgədə kənd təsərrüfatının inkişaf etdirilməsinə hədəflənən prioritet istiqamətlər barədə məlumat sessiyaları keçirilib.

Sonra Kənd Təsərrüfatı Nazirliyinin elmi-tədqiqat müəssisələri, tabeli qurumları, aqrar sahə üzrə fəaliyyət göstərən bir sıra yerli və xarici şirkətlər öz innovativ məhsul, avadanlıq və texnologiyalarını nümayiş etdiriblər. 

Festival iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Müzakirə edin

Həmçinin oxuyun:

Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan