» » » Vətən müharibəsi şəhidinin doğum günündə xatirəsi yad edildi


Vətən müharibəsi şəhidinin doğum günündə xatirəsi yad edildi



Mart ayının 12-də Biləsuvar rayonunun Günəşli kəndində şəhid Cəfərov Tehran Nadir oğlunun doğum günü ilə əlaqədar ailəsi ziyarət olundu. 

Ziyarətdə YAP Biləsuvar rayon təşkilatının sədr müavini Aqşin Qasımov, şəhid valideyinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ziyarət zamanı qəhrəman şəhidimizin  şərəfli döyüş yolundan söz açılaraq xatirəsi yad edilmiş, ruhuna dualar oxunmuş və valideyininə baş sağlığı verilmişdir. 

Məlumat üçün qeyd edək ki, Azərbaycan Ordusunun MAHHXHQ olmuş şəhid Cəfərov Tehran Nadir oğlu 12 mart 1992-ci ildə Biləsuvar rayonun Günəşli kəndində anadan olmuşdur. 1998-2007-ci illərdə Günəşli kənd ümumi orta məktəbində, 2007-2009-cu illərdə Ağayrı kənd tam orta məktəbində təhsil almış və 2010-2011-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 2017-ci ildən ordu sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi quluqçusu kimi xidmətini davam etdirmişdir.  Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində iştirak etmiş, döyüşlərdə şücaət göstərmiş və Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 1 oktyabr 2020-ci il tarixində Biləsuvar rayonun Günəşli kənd qəbristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Cəfərov Tehran Nadir oğlu ölümündən sonra "Vətən uğrunda",  "Suqovuşanın azad olunmasına görə"  və "İgidliyə görə" medalları ilə təltif edilib. Onuda qeyd edək ki, Şəhid Tehran Cəfərov ailəli olmuş 2 oğul, 1 qız övladı dövlətimizə və xalqımıza əmanətdir. Ölümündən sonra adı əbədiləşdirilərək Günəşli kənd küçələrindən birinə verilmişdir.

Allah şəhidlərimizə rəhmət eləsin!

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR