Biləsuvarda avtomobilin vurduğu gənc piyada xəstəxanada vəfat edib – VİDEO
Biləsuvar-Bəhrəmtəpə magistral yolunun Nəsimikənd kəndi ərazisində bir neçə gün əvvəl baş vermiş yol-nəqliyyat hadisəsində ağır xəsarət alan piyada bu gün dünyasını dəyişib."Bilesuvarinfo"nun məlumatına görə, aprelin 7-də günorta saatlarında hərəkətdə olan “Mercedes” markalı mikroavtobusun sürücüsü — Bəydili kənd sakini Tofiq Əliyev qəfil yolun ortasına çıxan iribuynuzlu heyvandan yayınmağa çalışıb. Nəticədə nəqliyyat vasitəsini yolun sağ tərəfinə yönəldən sürücü, həmin an kənarda telefonla danışaraq hərəkət edən piyadanı — 2005-ci il təvəllüdlü Rəşad Rauf oğlu Əkbərovu vurub.
Qəza nəticəsində ağır kəllə-beyin travması alan Rəşad Əkbərov dərhal Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. O, bir neçə gün həkimlərin nəzarəti altında reanimasiya şəraitində saxlanılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Müzakirə edin
Həmçinin oxuyun:
30 oktyabr 2022, Bazar günü
Xırmandalıda ağır yol qəzası baş verib, ölənlər və yaralılar var - YENİLƏNİB - FOTOLAR
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.






Türkiyə
Pakistan
İsrail
Azərbaycan