» » “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda konfrans keçirildi


“Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda konfrans keçirildi

Azərbaycanda 2023 - cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar Biləsuvar rayonunda da silsilə tədbirlər həyata keçirilir. Bu gün rayonda “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda konfrans təşkil olunub. 

“Bilesuvarinfo” xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən konfransda rayon rəsmiləri və ictimaiyyətin nümayəndələri iştirak edib. Konfransa paytaxtdan dəvət olunan qonaqlar: Milli Məclisin deputatı Bəhruz Məhərrəmov və ali dövlət orqanlarında müxtəlif vəzifələrdə çalışan biləsuvarlı ziyalılar öz çıxışlarında  ulu öndər Heydər Əliyevin dövlətçiliyimiz qarşısında misilsiz xidmətlərindən ətraflı bəhs etmişlər.

Konfras İştirakçılar öncə Ulu Öndərin adını daşıyan parkda ucaldılmış abidəsi ziyarət edərək, əziz xatirəsinə gül dəstələri düzüblər. 
Azərbaycan Respublikasının Dövlət Himnin səsləndirilməsi ilə başlayan konfransda ulu öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. 

Sonra qonaqlar Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən eksponatlarla tanış oldular.

Konfransı giriş sözü ilə açan Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov ulu öndər Heydər Əliyevin 100 illik yubileyinin ölkəmizdə böyük təntənə ilə qeyd olunduğunu bildirərək, bütün həyatını xalqının xoşbəxtliyinə həsr edən dahi şəxsiyyətin Azərbaycanın dövlətçilik tarixindəki müstəsna xidmətlərdən danışıb. İcra başçısı qeyd edib ki, özünün dediyi kimi azərbaycanlı olması ilə daim qürur duyan bu böyük şəxsiyyətin həyatının böyük hissəsi ölkəmizin tərəqqisi naminə apardığı mübarizəyə həsr olunub: “Azərbaycan tarixinin önəmli bir dövrü - XX əsrin ikinci yarısı, XXI əsrin başlanğıcı onun adı ilə bağlıdır. Heydər Əliyevin hakimiyyətdə olduğu 30 illik dövr xalqımızın illərlə həsrətini çəkdiyi dövlət müstəqilliyinin əldə edilməsi, onun inkişafı və yüksəlişi naminə apardığı mübarizələr və qələbələr tarixidir. Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycançılıq məfkurəsində əsas yeri Azərbaycançılığın bütün dünya azərbaycanlılarını birləşdirən ideologiya halına gətirilməsində, müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilməsindəki əvəzsiz fəaliyyətidir.”

Konfransda digər çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrlərdə həyata keçirdiyi misilsiz xidmətlərdən, ayrı-ayrı sahələrin inkişafı üçün yaradılan şəraitdən, tolerantlıq, millətini sevmək və Azərbaycançılıq ideologiyasının inkişafından danışaraq, Ulu Öndərlə bağlı xatirələrini diqqətə çatdırmışdır.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR