» » “Mehriban xanımın analıq qayğısı həyatımda silinməz izlərdir.. .”


“Mehriban xanımın analıq qayğısı həyatımda silinməz izlərdir.. .”

Mehriban xanım Əliyeva xalqın sevgisini öz gərgin fəaliyyəti, vətəndaşlara qayğıkeş münasibətilə qazanıb. Onun obrazında dünya Azərbaycanda dövlətin hərtərəfli inkişafında qadınların danılmaz rolunun, bu ölkədə qadına verilən dəyərin, bu xalqın qadınlarının mərdlik və şücaətinin şahidi olub.  Onun mənəvi, ictimai və siyasi  vəzifəni, məqsədi ülvi bir sevgiylə daşıması, vətəninə, xalqına qəlbinin sonsuz istəyi ilə xidmət etməsinə şahid oluruq. 

Bunları Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya ünvanladığı  öz təşəkkür məktubunda qeyd edən, Biləsuvar şəhər, S.Vurğun küçəsinin sakini Əhmədova Gülnarə Əliağa qızı daha sonra vurğulayır:

- Mən səhhətimdə yaranan ciddi narahatçılıqla bağlı aylarla öz daxili imkanlarım hesabına müalicəmi apardım. Ancaq, çox mübarizələrə rəğmən, bütün imkanlarım tükəndi, sonda xeyirxah əməlləri ilə milyonların ümüd yeri - Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya müraciət etdim. İnanırdım ki, bu müraciətimdən sonra, ümüdsizlikdən qurtulub ağır xəstəlikdən xilas olacağam ki, şəxsi himayəmdə böyüyən məktəbli qız övladım anasızlığın da acısını yaşamayacaq.

Bakı şəhərində xətəxanadaykən, cərrahi əməliyyat olunacağım gün, həyacanlı anlarımda Mehriban xanımdan aldığım cavab məktubu oxuyarkən, inanın ki, sevincimdən uşaqtək ağlayırdım. Sanki, xəsətlik məndən bir anlığa tamilə uzaq oldu. Bir ana, sahibkar xanım kimi həyatımda bu cür sevinc yaşamamışdım, kövrəlməyim səbəbindən xəbərsiz olan həkimim bildirdi ki, bu xəsətlik kədəri sevməz. Mən ona bildirdim ki, sevinc göz yaşlarımdır. Dövlətimizin öz vətəndaşına sahib çıxmasdan qürurluyam.. . Xəstəlik səbəbindən qayğıların dalana dirəndiyi bir məqamda, dövlətimin yanımda olması, Mehriban xanımından göstərilən analıq qayğısı həyatımda silinməz izlərdir.. .

İlk dəfə Milli Onkologiya Mərkəzində başlanılan müalicəni, sonra Tibb Universitetinin Onkologiya Mərkəzində davam etdirildi. Bu səhiyyə ocaqlarında aldığım ardıcıl müalicələr və əməliyyat olunmağım səhhətimdə tezliklə müsbət dönüş yaratdı. Peşəkar həkimlərimizindən müayinə və mülicə proselərinlərdə gördüyüm qayğıkeş münasibəti, mənəvi dəstəyi ağır xəstəliyimə qarşı mübarizədə məni ruhlandırdı. Bir sözlə,  bu tibb müəssisələrinin bütün heyyətindən gördüm qayğıkeş münasibət məni ümüdsüzlük və tənhalığdan xilas etdi, sanki xəstəliyə qarşı mübarizədə özlüyündə mükəmməl bir müalicə proseduru oldu.

Bu gün Tibb Univerisitetinin Tədris Cərrahiyyə Klinikasının cərrahı, istedadlı həkim Yasər Hətəmovun, assistenti  Aliyə xanımın şəfalı əlləri sayəsində sağlamlığın əsaslı dönüş yaranıb. Şua – diaqnostika həkimim (Milli Milli Onkologiya Mərkəzi) Leyla xanım da  müalicələrin davamı üçün öz üzərinə düşən işin öhdəsindən uğurla gəlir. Onların şəfalı əllərindən öpür, minnətdarlığımı bildirirəm.  

Sonda onu da qeyd edim ki, hazırda çoxşaxəli fəaliyyəti ilə həm də dünya ictimaiyyəti tərəfindən böyük rəğbət və maraqla qarşılanan Mehriban xanım Əliyeva eyni zamanda, Prezident İlham Əliyevin həyata keçirdiyi genişmiqyaslı quruculuq işlərinə ictimai dəstəyin artırılmasına ciddi töhfələr verir. Prezident İlham Əliyev isə Mehriban xanım Əliyevanın fəaliyyətini bu cür qiymətləndirir: “Mən çox şadam ki, Mehriban ölkənin bir çox vacib işlərində fəal iştirak edir. Birinci ledi statusu bir növ həyat yoldaşının vəzifəsindən yaranır, ancaq bu statusun arxasında onu daşıyan insanın iradəsi, səyi və canatımı durur. Mən çox sevinirəm ki, Mehribanın başçılıq etdiyi Heydər Əliyev Fondu çətinlik çəkən insanlar üçün çox iş görür. Heydər Əliyev Fondu dövlət qurumlarında problemlərini həll edə bilməyən insanların son ünvanıdır. Fond son pəncərədir. İnsanlar ora eşidilmək ümidi ilə gedirlər və ümidləri doğrulur... Mən əminəm ki, Mehriban Əliyeva xeyriyyəçilik, insansevərlik, mərhəmət, Azərbaycan xalqının mentalitetinə, mədəniyyətinə, düşüncəsinə, əsrlərdən bəri formalaşan ənənələrimizə xas olan ən gözəl keyfiyyətləri davam etdirməyə çalışacaq”.

Hörmətli Mehriban xanıma bir daha məni qəfil yaxalayan ağır xəstəliyin müalicəsində göstərilən diqqətə gözə öz minnətdarlığımı bildirirəm.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR