» » “Biləsuvar Tikiş fabrik”inin nəzdində dərzi kursu fəaliyyətə başladı


“Biləsuvar Tikiş fabrik”inin nəzdində dərzi kursu fəaliyyətə başladı

Biləsuvar rayonunda yenicə  fəaliyyətə başlayan tikiş fabrikində daha çox rayon sakininin məşğulluğunun təmin olunması qarşıda duran vəzifələrdəndir. Bunun üçün aidiyyəti dövlət qurumları fabrikə öz dəstək mexanizmlərini araşdırır.

“Regonpress.az” xəbər verir ki, Əmək və Əhalinin Müdafisəi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən işəgötürənlərlə əməkdaşlıq çərçivəsində  fabrikdə “Dərzi” ixtisası üzrə peşə hazırlıq kursuna start verilib.

Bu günlərdə fabrikdə kursun açılış mərasimi keçirilib. Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin Şirvan-Salyan Regional Məşğulluq filialının müdiri Habil Alıyev və filialın əməkdaşları iştirak edib.

Filial müdiri  Habil Əliyev ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi, rifah halının yaxşılaşdırılması istiqamətində milli qanunvericiliy mütərəqqi yanaşmalar əsasında daim təkmilləşdirilməsindən söz açıb. Bildirib köklü sosial islahatlar çərçivəsində həssas qruplara qayğının artırılması qarşıda duran əsas vəzifədir.: “ Ölkəmizdə iş yerlərinin sayının çoxaldılması sahibkarlıq mühütünün formalaşmasından aslıdır. Bunun üçün və sosial-iqtisadi yönümlü qanun və digər normativ-hüquqi aktların layihələrinin işlənib hazırlanaraq həyata keçirilir. Biləsuvarda sahibkar Cəmil Əzizalının rəhbərliyi altında yeni istesal sahəsinin fəaliyyətə başlaması məhz bu baxımdan təqrirəlayıqdir. Burada çalışan kallektivin hər bir üzvünə fəaliyətlərində uğurlu olmasını arzu edirik”.
Görüşdə sahibkar C.Əzizalı öz fəaliyyətləri haqqıda danışaraq, gələcək fəaliyyət proseslərində qarşılaşa biləcəkləri çətinliklərə də toxunub, bu kimi hallarda dövlət dəstəyindən yararlana biləcəklərini agentlik əməkdaşlarından öyrəndi.

Görüşdə  kursda yeni peşəyə sahib çıxacaq xanımların sualları cavablanırıldı, onlara qarşıda duran məqsəd və vəzifələr haqqında bir daha məlumat verildi. Bildirldi ki, kursları uğurla başa vuran şəxslərin işlə təminatına da dəstək göstəriləcək.

Qeyd edək ki, Dövlət Məşğulluq Agentliyi tərəfindən əhalinin məşğulluğunun təmin olunması istiqamətindən həyata keçirilən tədbirlərdən biri peşə hazırlığı kurslarının təşkilidir. Bununla işaxtaran və işsiz şəxslər əmək bazarının tələbatına uyğun olaraq təhsil müəssisələrində ixtisasa (peşəyə) və (və ya) yeni ixtisasa (peşəyə) yiyələnmək üçün “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri nəzərə alınmaqla, “Təhsil haqqında” və “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq peşə təhsilinə sahib çıxır.





Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan