- 24 oktyabr, 12:10
- 265 dəfə oxunub
- 0
Biləsuvarda fabrik fəaliyyətə başlayacaq
20 ildən artıqdır ki, bu sahədə fəaliyyətim var, övladlarıma da sənətin incəliklərini öyrətmişəm. Ailəliklə Bakı şəhərində tikiş fabrikini idarə edirik. Ancaq hər dəfə doğma rayonuma gələndə, bir müəssisə yaradıb insanların məşğulluğuna dəstək olmağı düşünürdüm. Artıq bu məqsədimizi reallaşdırırıq, yaxın vaxtlarda 50-ə yaxın rayon sakinin işlə təmin olunacaq Biləsuvar Tikiş fabriki fəaliyyətə başlayacaq.
Bu haqda “Regionpress.az”a danışan sahibkar Cəmil Əzizalı ixtisasca mühədisidir. O, vaxtilə Biləsuvar rayonunda öz ixtisası üzrə istehsalın bir çox sahələrində çalışıb. Xeyli müdddətdir ki, böyük zəhmət sərf etdiyi yeni fəaliyyət sahəsinə sahiblənib.
C. Əzizalı ilə söhbətimiz olduqca maraqlı oldu. O, deyir ki, aydın ideya, işə sevgi və ən əsası halallıq olarsa insan hər sahədə uğur qazana bilər: “Bizim işimiz xüsusi zəhmət və səbr tələb edən fəaliyyət sahəsidir. İlk vaxtlar müxtəlif maneələrlə rastlamağım məni ruhdan salmadı, əksinə qarşıya qoyduğum məqsəd uğrunda qətiyyətimi artırdı. Bir sahibkar olaraq hazırkı durumda fəaliyyətimiz bizi qane edir. Lakin, ölkəmizdə Prezident İlham Əliyevin sahibkarlığın inkişafı üçün artan dəstəyi bizi ruhlandırıb ki, fəaliyyətimizdə daha aktiv olaq. Biz sahibkarlar ölkə rəhbərliyinin bölgələrdə yeni istehsal sahələrinin yaradılması, insanların məşğuliyyətinin təmin olunması çağırışlarında yaxından iştirak etməyi vətəndaşlıq borcu bilməliyik.. .”.
Sahibkar Cəmil Əzizli bir müddətdir Biləsuvar şəhərində 1000 kv metrlik sahəni kirayələyib. Min-bir həvəslə doğma rayonunun iqtisadi həyatına öz töhfəsini verməyə tələsir. Ömür gün yoldaşı Sevinc xanımdır onun bu yolda ən yaxın silahdaşı. Səhər 8:00-dan iş başındadırlar, bu sahə xüsusi təcrübə tələb etdiyindən elə işlərin əksəriyyətini özləri görür, burada çalışacaq xanımlara sənətin sirlələrini izah edirlər. Yeni gətirilən tikiş maşınlarını Cəmil kişi bir-bir quraşdırıb, işlək hala gətirir. Müxtəlif üst geyimləri istehsal olunacaq fabrikin kəsim, naxış sexlərində avadanlıqların gətirilməsi üçün hazırlıqlar görür.
Bəli, fabrikə gərtirilən avadanlıqlar ən müasir tələblərə cavab verir. Rəhbərliyin zəngin iş təcrübəsi və işə olan tələbkarlıq burda istehsal olunacaq müxtəlif növ üst geyimlərin keyfiyyətli “Akula” əmtəə nişanı ilə bazarlarda yer almasına imkan verəcək.
Biləsuvar Tikiş Fabrikinin fəaliyyət köklü fəaliyyəti ilə bağlı Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Biləsuvar nümayəndəliyi tərəfindən yaxından dəstək olunur. Dövlət Məşğulluq Agentliyinin Biləsuvar rayonu üzrə nümayəndəliyinin əməkdaşları fakbrik rəhbərliyi ilə görüşüb, aidiyyəti dövlət dəstəyindən yararlana bilmələri üçün söhbətlər aparıblar.
Qələmə aldı: SURXAY Şahbazov