» » "Bərbər-vizajist, manikürçü" ixtisası üzrə peşə hazırlıq kusruna start verildi


"Bərbər-vizajist, manikürçü" ixtisası üzrə peşə hazırlıq kusruna start verildi

Dövlət Məşğulluq Agentliyi tərəfindən ölkədə əhalinin məşğulluğunun təmin olunması istiqamətindən həyata keçirilən tədbirlərdən biri peşə hazırlığı kurslarının təşkilidir. Bununla işaxtaran və işsiz şəxslər əmək bazarının tələbatına uyğun olaraq təhsil müəssisələrində ixtisasa (peşəyə) və (və ya) yeni ixtisasa (peşəyə) yiyələnmək üçün “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri nəzərə alınmaqla, “Təhsil haqqında” və “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq peşə təhsilinə sahib çıxır.

 “Regionpress.az” xəbər verir ki Agentliyinin Şirvan-Salyan Regional Məşğulluq filialının dəstəyi nəticəsində Bakı Peşə Hazırlıq Mərkəzi və fiziki şəxs (fərdi sahibkar) Əhmədova Gülnarə Əliağa qızının birgə əməkdaşlığı çərçivəsində 15.11.2024-cü il tarixində Biləsuvar rayonunda "Bərbər-vizajist, manikürçü" ixtisası üzrə peşə hazırlıq kusruna start verilib. 

Qeyd edək ki, kursa cəlb olunmuş şəxslərə Dövlət Məşğulluq Agentliyi tərəfindən təqaüd ödənilir, kursda müdavimlərə müvafiq peşə üzrə nəzəri və praktiki biliklər tədris olunacaq, imtahanı müvəffəqiyyətlə başa vuran şəxslərə müvafiq sertifikat təqdim olunacaq və işlə təminatına dəstək göstəriləcək.

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan