Dövlət Məşğulluq Agentliyi tərəfindən ölkədə əhalinin məşğulluğunun təmin olunması istiqamətindən həyata keçirilən tədbirlərdən biri peşə hazırlığı kurslarının təşkilidir. Bununla işaxtaran və işsiz şəxslər əmək bazarının tələbatına uyğun olaraq təhsil müəssisələrində ixtisasa (peşəyə) və (və ya) yeni ixtisasa (peşəyə) yiyələnmək üçün “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri nəzərə alınmaqla, “Təhsil haqqında” və “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq peşə təhsilinə sahib çıxır.
