» » Əlverişsiz hava şəraiti pambıqçılığa mənfi təsirini göstərsə də…


Əlverişsiz hava şəraiti pambıqçılığa mənfi təsirini göstərsə də…

Cari ildə əkini ərəfəsində yağışların intensivliyi, tempüratur dəyişgənliyi pambıqçılıqda mənfi təsirsiz ötüşmədi. Davamlı yağışlarda məhsulun yetişməsi gecikdi, mütəxəssislərə görə daban qozalarının çürüməsi məhsuldarlığa 5 sentiner mənfi təsir deməkdir. Əlverişsiz hava şəraitinin yığım ərəfəsində də müşahidə olunması yığıma hazır olan pambıq məhsulunun yerə tökülməsinə səbəb olur, bu isə məhsul itkisinə və onun keyfiyyətinə mənfi təsir göstərir. 

 “Bilesuvarinfo” xəbər verir ki, hazırda mülkiyyətçilər əlverişsiz havanın yaratdığı çətinliklərə baxmayaraq məhsulu tarladan toplamağa çalışır. Bu işdə rayondakı istehlakçı müəssisələr yığımı təşkil etmək məqsədilə bütün maşın və mexanizmləri, pambıqyığanları hazır vəziyyətə gətirib. Xüsusilə 8 oktyabırdan nisbətən yaranmış əlverişli şəraitdən mülkiyyətçilər maksimum dərəcədə istifadə edib çox məhsul toplamağa çalışır.

 “MKT İstehsal Kommersiya” MMC tərəfindən bildirilmişdir ki, biləsuvarlı  “ağ qızıl” ustaları havaların qeyri-sabit keçməsinə baxmayaraq əvvəlki illərdə olduğu kimi, bu təsərrüfat ilində də pambıq sahələrindən yüksək məhsuldarlıq əldə etməyi qarşılarına məqsəd qoyublar. Onlar suvarma prosesində yaranan çiddi çətinliklərə əlaqədar buna gərgin zəhmət hesabına buna nail olub.

Bu il sahələrdə bol məhsul yetişdirmək üçün tərəfimizdən 294 məhsul istehsalçısı ilə müqavilə bağlanılıb və onlara lazımi kömək göstərilib. Əkinçilər səpini qısa müddətdə başa çatdırmaq üçün bütün qüvvələr sərf olunub. Bunun üçün bütün lazımi tədbirlər vaxtında həyata keçirilib, əkin sahələri şumlanıb və malalanaraq səpinə hazırlanıb. Texnika sarıdan da fermerlərin heç bir çətinlikləri olmayıb. Sahələrə kifayət qədər maşın-mexanizm və səpin aqreqatı çıxarılıb. Səpin zamanı rayonlaşdırılmış toxum sortları ilə yanaşı, Türkiyədən gətirilmiş yüksək reproduksiyalı toxumlardan da istifadə olunub.

Hazırda müəssisəmizə məxsuz kombayın tarlalarda şərait yarandıqca 1 növ pambığın yığımın davam etdir. Bu günə kimi (11 oktyabıra) əkin tarlalarımızdan 500 ton məhsul toplanıb, hədəfimiz məhsulu 5000 tona çatmaqdır.

Qeyd edək ki, bu il Biləsuvar rayonunda torpaq mülkiyyətçiləri tərəfindən ümumilikdə 6745,8 hektar sahədə pambıq əkilmişdir ki, bunun da 1980 hektarı “Azərpambıq” MMC, 1727 hektarı “Cotton Trade” MMC, 1435 hektarı “MKT İstehsal Kommersiya” MMC, 1000 hektarı “P-Agro” MMC və 603.8 hektarında “Aztəsərrüfat” MMC ilə bağlanmış müqavilələr əsasında həyata keçirilmişdir. Hazırda rayon üzrə ümumilikdə  6000 ton məhsul toplanmış, bu rəqəm ötən ilin müvafiq dövüründə ton təşkil edib.
 


Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR

Azərbaycanda maaşlarla bağlı şok yenilik: Aylıq əməkhaqqı ləğv edilir, əvəzində…

Azərbaycanda maaşlarla bağlı şok yenilik: Aylıq əməkhaqqı ləğv edilir, əvəzində…

Azərbaycanda maaşlarla bağlı şok yenilik: Aylıq əməkhaqqı ləğv edilir, əvəzində…