
“Bilesuvarinfo” xəbər verir ki, Mərkəzi parkda keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı Faiq Qürbətov, sözügedən filialın müdiri Habil Alıyev və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Yarmarkafa bəzi vətənadaşıların bizness bacarığı nəzərə alınaraq özünəməşğulluq proqramı çərçivəsində agentlik tərəfindən təqdim olunan aktivlərin verilməsi üçün qeydiyyat aparılıb. Müvafiq sənədləşmə aparıldıqdan sonra 200-dən çox vətəndaşa ixtisas və peşələrinə uyğun vakant yerlərə göndəriş veriləcək.
Qeyd edək ki, yarmarkada 400-dən çox işaxtaran qeydiyyata götürülüb, işlə bağlı müraciət edənlərin əsas marağı nəzarətçi, elektrik, sürücülük və fəhlə işi üçün olmuşdur.














