Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Sahibkarlarla görüşdə nədən danışılıb?


Sahibkarlarla görüşdə nədən danışılıb?

06 noyabr 2024, Çərşənbə
270
0
Biləsuvar rayonunda sahibkarlarla görüş keçirilib.

"Bilesuvarinfo" xəbər verir ki,  Biləsuvar Rayon İcra Hakimiyyətinin və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA Biləsuvar KOB Dostunun birgə təşkilatçılığı ilə rayonda fəaliyyət göstərən vergi ödəyiciləri ilə görüşü keçirilib.
Sahibkarlarla görüşdə çıxış edən  Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısının müavini Vəlahəddin Yunsurov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə sahibkarlığın inkişafı üçün həyata keçirilən layihələrdən danışıb, sahibkarların fəaliyyətinə daim diqqət və qayğı göstərilməsinin vacibliyini vurğulayıb.
 
Tədbirdə  çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Biləsuvar KOB Dostu Elməddin Əliyev görüşün əsas məqsədinin sahibkarların problemlərini dinləmək və rayonun mövcud potensialından maksimum istifadə etməklə özəl sektorun inkişafı üçün mümkün şəraitin yaradılması olduğunu bildirib. 

Görüşdə həmçinin qeyd olunub ki,  sahibkarlar öz obyektlərini təmir edərkən binaların ümumi görünüşünə, daxili quruluşu ilə yanaşı xarici fasad hissələrinin də şəhərsalma normalarına uyğun olmaları üçün müasir dizaynda inşaat işləri aparmalıdırlar.

Tədbirdə sahibkarlar məsələ ilə bağlı görüləcək işlərdən danışaraq, bu istiqamətdə öz təkliflərini irəli sürüblər.
Açıq söhbət şəraitində keçirilən görüşdə sahibkarların rəy və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.









Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan