» » “Kiçik və Orta Biznesin Dostu”nun Biləsuvar rayon nümayəndəliyi fəaliyyətı başladı


“Kiçik və Orta Biznesin Dostu”nun Biləsuvar rayon nümayəndəliyi fəaliyyətı başladı

Biləsuvarda “Kiçik və Orta Biznesin Dostu” şəbəkəsinin rayon nümayəndəliyinin təqdimatı  mərasimi keçirilib.

"Bilesuvarinfo" xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi idarə heyətinin sədri Orxan Məmmədov, aidiyyatı təşkilat rəhbərləri və  rayon sahibkarları iştirak edib. 

Tədbirdə çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov Kiçik və Orta Biznesin Dostu şəbəkəsi çərçivəsində fəaliyyət göstərəcək rayon nümayəndəliyinə uğurlar arzulayıb və bu sahədə nümayəndəliyə daima dəstək göstəriləcəyini qeyd edib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi idarə heyətinin sədri Orxan Məmmədov çıxışında bildirdi ki, ölkədə kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi və tənzimlənməsi, həmin sahibkarlıq subyektlərinin maraqlarının qorunması və problemlərinin həlli məqsədilə yaradılan və hazırda ölkə üzrə formalaşdırılmaqda olan Kiçik və Orta Biznesin Dostu (KOB Dostu) şəbəkəsi Agentliyin mühüm strateji layihələrindən biridir və Agentliyin regionlardakı fəaliyyəti bu şəbəkə vasitəsilə həyata keçirilir. 

Orxan Məmmədov biznes subyektlərinə yerində dəstəyin təmin olunması baxımından KOB dostu şəbəkəsinin önəmini qeyd edərək bildirib ki, Biləsuvar rayonunda yaradılan nümayəndəlik respublika üzrə sayca 43-cü olmaqla, rayonda biznesin inkişafı üçün həmişə öz dəstəyini göstərəcək və sahibkarlar KOB dostu ilə fəal əməkdaşlıq edəcəklər.

Sonra tədbir iştirakçıları Biləsuvar Rayon Heydər Əliyev Mərkəzində yerləşən və  sahibkarlara xidmətlərin təqdim edilməsi üçün lazımi şərait yaradılan KOB dostunun Biləsuvar nümayəndəliyinin ofisi ilə tanış olublar.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR

Azərbaycanda maaşlarla bağlı şok yenilik: Aylıq əməkhaqqı ləğv edilir, əvəzində…

Azərbaycanda maaşlarla bağlı şok yenilik: Aylıq əməkhaqqı ləğv edilir, əvəzində…

Azərbaycanda maaşlarla bağlı şok yenilik: Aylıq əməkhaqqı ləğv edilir, əvəzində…