Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Antiterror tədbirləri zamanı şəhid olan Əkrəm Faiq oğlu Kəlbiyevin xatirəsi anıldı


Antiterror tədbirləri zamanı şəhid olan Əkrəm Faiq oğlu Kəlbiyevin xatirəsi anıldı

23 sentyabr 2024, Bazar ertəsi
246
0
Ölkəmizin ərazi bötüvlüyünün və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə 19 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağda aparılmış antiterror tədbirləri zamanı şəhid olmuş Kəlbiyev Əkrəm Faiq oğlunun birinci ildönümündə xatirəsi ehtiramla anılıb.

"Bilesuvrinfo" xəbər verir ki, mərasimlərdə iştirak edən Biləsuvar Rayon İcra Hakimiyyətinin Başçısı Faiq Qürbətov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətin nümayəndələri şəhidin ata ocağını ziyarət edərək valideynləri və yaxınları ilə görüşüblər. 

Mərasimdə bildirilib ki, Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsi daim əziz tutulacaq və dövlətimiz hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacaqdır.











Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan