» » » Şəhid Cəsarət Zaur oğlu Ziyadovun 40 mərasimi keçirilib


Şəhid Cəsarət Zaur oğlu Ziyadovun 40 mərasimi keçirilib





Noyabr ayının 7-də ölkəmizin ərazi bötüvlüyünün və Azərbaycanın Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə 19-20 sentyabr 2023-cü il tarixində aparılmış antiterror tədbirləri zamanı şəhid olmuş Biləsuvar rayonun Xırmandalı kəndindən olan şəhid  Ziyadov Cəsarət Zaur oğlunun 40 mərasimində xatirəsi ehtiramla anılıb.

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, rayonun hüquq mühafizə orqanalarının rəhbərləri, şəhid valideyinləri və ictimaiyyət nümayəndələri şəhidin ata ocağını ziyarət edərək valideyni və yaxınları ilə görüşüblər. Ziyarət zamanı qəhrəman şəhidimizin ruhuna dualar oxunmuş və valideyninə baş sağlığı verilmişdir. 

Mərasim iştirakçıları bildirmişlər ki, Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsi daima əziz tutulacaq, dövlətimiz hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacaqdır. 

Məlumat üçün qeyd edəki ki, Azərbaycan Ordusunun əsgəri olmuş şəhid Ziyadov Cəsarət Zaur oğlu 31 oktyabr 2004-cü ildə Biləsuvar rayonun Xırmandalı kəndində anadan olmuşdur. 2011-2022-ci illərdə Ceyhun Məhərrəmov adına Xırmandalı kənd 1 saylı tam orta məktəbində təhsil almışdır. 19 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağda aparılan antiterror tədbirləri zamanı qəhrəmancasına şəhid olmuşdur. Şəhid Cəsarət Ziyadov 29 sentyabr 2023-cü il tarixində Xırmandalı kənd qəbirstanlığında dəfn olunub.

Allah rəhmət eləsin.

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR

Şəhid Namiq Abış oğlu Mailovun doğum günündə xatirəsi yad edildi

Şəhid Namiq Abış oğlu Mailovun doğum günündə xatirəsi yad edildi

Şəhid Namiq Abış oğlu Mailovun doğum günündə xatirəsi yad edildi