» » » Şəhid Əkrəm Faiq oğlu Kəlbiyevin 40 mərasimi keçirilib


Şəhid Əkrəm Faiq oğlu Kəlbiyevin 40 mərasimi keçirilib




Noyabr ayının 1-də ölkəmizin ərazi bötüvlüyünün və Azərbaycanın Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə 19-20 sentyabr 2023-cü il tarixində aparılmış antiterror tədbirləri zamanı şəhid olmuş Biləsuvar rayonun Aşağı Cürəli kəndindən olan şəhid  Kəlbiyev Əkrəm Faiq oğlunun 40 mərasimində xatirəsi ehtiramla anılıb.

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, YAP Mərkəzi Aparatının məsul əməkdaşı Əli Axundov, YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, rayonun hüquq mühafizə orqanalarının rəhbərləri, partiya fəalları, şəhid valideyinləri və ictimaiyyət nümayəndələri şəhidin ata ocağını ziyarət edərək valideyni və yaxınları ilə görüşüblər. Ziyarət zamanı qəhrəman şəhidimizin ruhuna dualar oxunmuş və valideyninə baş sağlığı verilmişdir. 

Mərasim iştirakçıları bildirmişlər ki, Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsi daima əziz tutulacaq, dövlətimiz hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacaqdır.

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR