» » Faiq Qürbətov Milli Mətbuat Günü ilə əlaqədar jurnalistlərlə görüşüb


Faiq Qürbətov Milli Mətbuat Günü ilə əlaqədar jurnalistlərlə görüşüb

22 iyul 2024-cü il tarixdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov rayonda fəaliyyət göstərən mətbuat nümayəndələri, sayt və qəzet rəhbərləri ilə görüşüb. 

Peşə bayramları münasibətilə jurnalistləri təbrik edən  Faiq Qürbətov qeyd edib ki, 149 il öncə Həsən bəy Zərdabinin böyük çətinliklərlə nəşrinə başladığı “Əkinçi” qəzeti Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə yazılmış unudulmaz tarixlərdən biridir. Qəzet çox çətin, mürəkkəb bir dövrdə xalqı maarifləndirmək, insanlara ana dilini aşılamaq kimi mühüm missiyaları üzərinə götürərək böyük bir jurnalistika məktəbinin əsasını qoyub. 
Zamanında Ümummilli Lider Heydər Əliyev də və bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev də mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirib, mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçiriblər.

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov Biləsuvar rayonunun ictimai-siyasi, sosial-iqtisadi, kənd təsərüfatı və digər sahələrində görülən işləri mütəmadi olaraq işıqlandırdıqları üçün jurnalistlərə minnətdarlığını bildirib. Mətbuat nümayəndələri onlara göstərilən diqqət və qayğıya görə rayon rəhbərliyinə təşəkkürlərini çatdırıblar.

Görüşdə Biləsuvar Rayon Polis şöbəsinin rəisi Nəsib Məmmədov, YAP Biləsuvar Rayon Təşkilatının sədri Kamil Qurbanlı  və Biləsuvar rayon İcra Hakimiyyəti başçısının müavini Ləman Yüzbaşova iştirak edib.

Sonda xatirə şəkli çəkilib.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR