
“Bilesuvarinfo” xəbər verir ki, tədbirə yerli “Məhsul” qəzetinin və “bilesuvarinfo.az” saytının kollektivi, rayon Mətbuatyayımı idarəsinin, “ARB” telekanalının, “report.az” saytının təmsilçiləri və rayonun veteran mətbuat işçiləri dəvət almışdılar.

44 günlük Vətən müharibəsi dövründə mətbuatın rolunu önə çəkən natiq, ölkə Prezidenti cənab İlham Əliyevin həmin ərəfədə beynəlxalq mətbuat orqanlarına verdiyi müsahibə və şərhlərin önəmindən danışdı.
Tədbirdə KİV nümayəndələrindən Qənbər Bağırov, Surxay Şahbazov, Rəşadət Əsgərov, Samir Qurbanov və Tural Nəsirov çıxış edərək mətbuatımızın keçmişi, bu günü və gələcəyindən danışdılar. Ziyalılar - Seyidağa Quliyev, Rüstəm Əliyev, Mirzə Əzizov, Zakir Qaraşov, Mirzə Cəfərov və Rayon İcra Hakimiyyətinin əməkdaşı Ramil Həsənzadə mətbuatın çəmiyyətdə olan rolundan, respublikamızda bu sahəyə göstərilən dövlət qayğısından söz açıb, qarşıda duran vəzifələr barədə fikir mübadiləsi apardılar. Biləsuvar rayonunda mətbuatın tarixinə ekskurs edən veteran mətbuat nümayəndələri mətbuat sahəsində keçilmiş uzun yola nəzər saldılar. Tədbirin təşkilinə görə YAP rayon təşkilatına minnətdarlıqlarını ifadə edərək bu tədbirin partiyanın mətbuata verdiyi dəyər olduğunu bildirdilər.
Səmimi şəraitdə keçən görüşdə YAP rayon təşkilatının sədri mətbuat sahəsində çalışan hər bir şəxsin informasiya təhlükəsizliyi məsələlərində dövlətimizin və cəmiyyətimizin maraqlarının qorunmasının böyük önəm daşıdığını bir daha tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Tədbirin sonunda iştirakçılarla xatirə şəkli çəkildi.









