» » Partiya fəalları ilə növbəti görüş oldu


Partiya fəalları ilə növbəti görüş oldu

Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı rayonun Nəsimi kəndində partiya fəalları və sakinlər ilə görüş keçirmişdir. 

Nəsimi kənd bələdiyyəsinin həyətində baş tutan görüşdə YAP Rayon təşkilatının sədri Kamil Qurbanlı çıxış edərək Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan, partiyanın yaradıcısı və qurucusu Ulu Öndər  Heydər Əliyevin memarı olduğu müasir Azərbaycan dövlətinin bu günki nailiyyətlərindən danışdı. Tarixi ənənələrə malik, Cənubi Qafqazın ən böyük siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının rəhbərliyi və təşəbüsü ilə həyata keçirilən siyasi islahatlardan söz açdı. Son illər qazanılan tarixi nailiyyətlərdən, əldə olunan uğurlardan ətraflı bəhs edən K.Qurbanlı Vətən Müharibəsində qazanılan şanlı tarixi zəfərimizin, müharibədən ötən dövr ərzində məqsədyönlü dövlət siyasətinin, məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı ilə əlqədar işğaldan azad edilmiş torpaqlarda aparılan quruculuq işlərinin xalqımıza böyük tarixi töhfə olduğunu vurğuladı. 

Biləsuvar rayonunda və Nəsimi kəndində mövcud ictimai-siyasi vəziyyət, görülmüş işlər, həlli vacib olan bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparıldı.YAP Rayon təşkilatının sədri görüş iştirakçılarının suallarını cavablandırıb, onları maraqlandıran məsələlərə münasibət bildirdi. İştirakçılar bu kimi görüşlərin vaxtaşırı olaraq keçirilməsinin əhəmiyyətini qeyd etdilər.

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR