Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » YAP Biləsuvar rayon təşkilatı partiya fəalları ilə görüşlərini davam etdirir


YAP Biləsuvar rayon təşkilatı partiya fəalları ilə görüşlərini davam etdirir

05 oktyabr 2023, Cümə axşamı
307
0
YAP Biləsuvar rayon təşkilatı partiya fəalları ilə görüşlərini davam etdirir.


          Oktyabr ayının 5-də Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı rayonun Nərimankənd kəndində partiya fəalları və sakinlər ilə görüş keçirmişdir. 
          Nərimankənd kənd bələdiyyəsinin həyətində baş tutan görüşdə YAP Rayon təşkilatının sədri Kamil Qurbanlı çıxış edərək Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli inkişaf yolundan, partiyanın VII qurultayından ötən dövr ərzində həyata keçirilən məqsədyönlü tədbirlərdən, qarşıda duran vəzifələrdən ətraflı danışdı. Rayon təşkilatınnın sədri tarixi ənənələrə malik, Cənubi Qafqazın alternativsiz partiyası olan Yeni Azərbaycan Partiyasının Möhtərəm Prezidentimiz, partiya sədri cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrilə zəngin, proqram xarakterli nitqindən irəli gələn vəzifələrin yerinə yetirilməsindən, qazanılan nailiyyətlərdən, əldə olunan uğurlardan ətraflı bəhs etdi. K.Qurbanlı Vətən Müharibəsində qazanılan şanlı tarixi zəfərimizdən danışaraq, müharibədən sonra aparılan məqsədyönlü siyasət, məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı ilə əlqədar işğaldan azad edilmiş torpaqlarda aparılan quruculuq işləri barədə ətraflı məlumat verdi.
          Biləsuvar rayonunda və Nərimankənd kəndində mövcud ictimai-siyasi vəziyyət, görülmüş işlər, həlli vacib olan bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparıldı.YAP Rayon təşkilatının sədri görüş iştirakçılarının suallarını cavablandırıb, onları maraqlandıran məsələlərə münasibət bildirdi. İştirakçılar bu kimi görüşlərin vaxtaşırı olaraq keçirilməsinin əhəmiyyətini qeyd etdilər.
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan