Sentyabr ayının 12-də Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı Biləsuvar şəhərinin“Təyyarə meydanı” yaşayış massivində partiya fəalları və sakinlərlə görüş keçirmişdir.
“Padişah” mebel fabrikinin ərazisində baş tutan görüşdə YAP Rayon təşkilatının sədri Kamil Qurbanlı çıxış edərək Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolundan, partiyanın yaradıcısı və qurucusu Ulu Öndər Heydər Əliyevin memarı olduğu müasir Azərbaycan dövlətinin bu günki nailiyyətlərindən danışdı. Tarixi ənənələrə malik, Cənubi Qafqazın ən böyük siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının rəhbərliyi və təşəbüsü ilə həyata keçirilən siyasi islahatlardan söz açdı. Son illər qazanılan tarixi nailiyyətlərdən, əldə olunan uğurlardan ətraflı bəhs edən K.Qurbanlı 44 günlük Vətən Müharibəsində qazanılan şanlı tarixi zəfərimizin, müharibədən ötən dövr ərzində məqsədyönlü dövlət siyasətinin, məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı ilə əlqədar işğaldan azad edilmiş torpaqlarda aparılan quruculuq işlərinin xalqımıza böyük tarixi töhfə olduğunu vurğuladı.
Biləsuvar rayonunda mövcud ictimai-siyasi vəziyyət, bu sahədə görülmüş işlər, həyata keçirilən tədbirlərlə bağlı fikir mübadiləsi aparıldı. YAP Rayon təşkilatının sədri görüş iştirakçılarının suallarını cavablandırıb, onları maraqlandıran məsələlərə münasibət bildirdi.