Vətən müharibəsi Qəhrəmanı anıldı - Fotolar

"Bilesuvarinfo" xəbər verir ki, Vətən müharibəsində qəhərmanlıq dastanı yazan cəngavərlərdən olan Orxan Əkbərovun anım günündə qəhrəmanın doğulub boya - başa çatdığı ata ocağı ziyarət olunmuşdur.

Rayonun “Cümə” məscidinin imamı Hacı Əlifağa Murtuzov çıxışında qeyd etmişdir ki, dinimiz İslamda bütün yüksəkliklərdən ucada dayanan Şəhidlik zirvəsinə qalxmaq hər kəsə nəsib olmur. Yalnız müqəddəs amallar uğrunda çarpışan, qorxu nə olduğunu bilməyən, Vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyən cəsarətli, ləyaqətli insanlar yüksələ bilərlər bu uca zirvəyə. Vətən müharibəsində məhz şəhidlərimiz öz canları bahasına tarixi Qələbəni qazanması bu gün bizə xalqlar arasında başımızı dik tutmağa imkan verir.




Qeyd edək ki, ailədə 4 qardaş olan Orxan Nadir oğlu Əkbərov 1982-ci ilin 12 dekabırında ziyalı ailəsində anadan olub. Heydər Əliyev adına Baki Ali Komandirlik məktəbini başa vurub. 2005-ci ildə Təlim Tədris Mərkəzində hərbi təhsilini artıran bacarıqlı kəşfiyyatçı Orxan Əkbərov Fizulidəki “N” saylı həbi hissədə tağım komandiri, sonra bölük komandiri kimi vətənə xidmətdə ilk uğurlarını qazanmışdır.
Bütün xidmətini ön cəbhədə xidmət göstərməkdən qürur duyan qorxmaz kəşfiyyatçı Orxan Əkbərrov illər ötdükcə artan zəngin təcrübəsi, cəsarətli xidməti komandirlik tərəfindən yüksək qiymətləndirilərk çoxsaylı fəxri fərman və diplomlara layiq görülmüşdür. Beyləqan və Ağdam rayonlarında “N” saylı hərbi hissələrədə kəşfiyyat bölüyünün rəisi olduğu illərdə nizam-intizmı, vətəpərvərliyi, çətin tapşırıqları uğurla icra etmək bacarığı peşəkar zabit kimi onu şöhrətlənmişdir.
2019-cu ildən cəbhə bölgəsində “N” saylı kəşfiyat hərbi hissəsinə komandirlik edən Orxan Əkbərov düşmənin cəbhədə törətdiyi təxribatların qarşının alınmasında yaxından iştirak etmişdir.
Vətən muharibəsindəki misilsiz sücayətlərinə görə prezident cənab İlham Əliyevin müvafiq sərəncamı ilə Vətən Müharibəsi Qəhəmanı adına layiq görülüb. "Vətən uğurunda" medalı, "Füzulinin azad olunmasına görə" təltif olunub. 39 yaşl qəhrəmanımız ailəli idi – Çingiz və Sevili xalqına əmanət qoyan komandirin qəhrəmanlığı gəncliyə bir örnəkdir.









Müzakirə edin
Həmçinin oxuyun:
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.