» » Bahar bayramı qeyd olundu


Bahar bayramı qeyd olundu

Biləsuvar rayonunda Novruz bayramı qeyd olunub.

"Bilesuvarinfo"
xəbər verir ki, Biləsuvar şəhər 1 saylı tam orta məktəbdə keçirilən bayram şənliyində rayon rəsmiləri, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, Şirvan-Salyan Regional Təhsl İdarəsinin rəisi Sənan Mənsimli və rayon ictimaiyyətinin nümayəndələri  iştirak edib.
Tədbirdə  məktəblilərin hazırladıqları bayram atributlarından ibarət sərgiyə baxış keçirilərək,  bayram tonqalı yandırıldı.

Tədbirdə  Şirvan - Salyan Regional Təhsil İdarəsinin ( red: Biləsuvar RİH-i ilə birgə tədbirin təşkilatçısı) rəisi Sənan Mənsimli xalqımızın adət - ənələrimizi, milli varlığımızın çoxəsrlik tarixini əks etdirən Novruz bayramından söz açıb. Novruz bayramı münasibətilə öz təbrikini çatdırıb.

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov Bahar bayramı münasibətilə rayon sakinlərini təbrik edib. O, çıxışında bildirmişdir ki, bu müqəddəs bayramımız mədəni dəyərləri, eləcə də xeyirxahlıq, birlik və həmrəylik kimi gözəl ənənələri əks etdirir: "Azərbaycan xalqının qədim tarixinin yadigarı və milli varlığının rəmzlərindən biridir. Əsrlərin sınağından çıxaraq xalqımızın müqəddəs bayramına çevrilmiş Novruz insanlar arasında dostluq və qardaşlıq duyğularının bərqərar olması üçün həmişə gözəl zəmin yaratmışdır."

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov çıxış edərək  qarşıdan gələn Novruz bayramı münasibətilə tədbir iştirakçıları təbrik etdi, xoş arzularını çatdırdı. Bütün dünya azərbaycanlılarının  Novruz bayramını hər zaman böyük sevinc və qürur hissilə qeyd etdiyini bildirdi.

Tədbir baharın gəlişindən xəbər verən xoş ovqatlı Novruz tədbiri maraqlı konsert proqramı və rəqslərlə davam etdi. Sonda  Vətən müharibəsində iştirak edən  bir qrup müəllim Fəxri fərmanlarla təltif olundu.
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR