Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edərkən “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm” deyə qeyd etmişdi.Ulu Öndərimiz Heydər Əliyevin zamanında dedikləri artıq reallıqdır. Məhz Onun müyyənləşdirdi siyasi kursu uğurla davam etdirən cənab Prezdent İlham Əliyevin bütün sahələrdə,o cümlədən ordu quruculuğunda apardığı ardıcıl siyasət,xalq-iqtidar birliyi milli arzu və isdəklərimizi 44 günlük Vətən müharibəsi nəticəsində reallaşdırıldı.Torpaqlarımız işğaldan azad edildi,ərazi bütövlüyümüz təmin olundu və xalqımızın zədələnmiş milli qururu bərpa edildi.Xalqımız digər tədbirlərlə yanaşı milli bayramımızı,o cümlədən Novruz bayramını Şuşada və digər işğaldan azad olunmuş ərazilərdə qeyd edilir.Artıq ikinci Novruz tonqalları işğaldan azad edilmiş ərazilərdə qalanır.Əminəm ki,bir daha Vətənimizin heç bir yerində Novruz tonqalları sönməyəcək.İlbəil bu tonqaların sayı artacaq və alovu daha yüksəklərə ucalacaq.
Azərbaycan xalqı artıq əvvəlki sevincinə, xoşbəxtliyinə qayıdır. Bizə bu anları, bu bayram sevincini yaşadan Cənab Prezident İlham Əliyevə, bütün şəhid ailələrinə, qazilərimizə, müzəffər ordumuza, bütövlükdə dəmir yumruq olmuş Azərbaycan xalqına, qəlbən MƏN AZƏRBAYCANLIYAM deyən hərkəsə dərin minnətdarlıq bildirirəm.
Samir Ağayev
YAP Biləsuvar rayon təşkilatının məsul əməkdaşı