- 23 oktyabr, 17:24
- 648 dəfə oxunub
- 0
"Yağışın yağması elektrik enerjisi təsərrüfatında çatışmamazlıqları üzə çıxardı"
"Bilesuvarinfo" xəbər verir ki, Biləsuvar şəhərinin bir hissəsini enerji ilə təmin edən 4 saylı elektrik verilişi xəttində axşamdan elektrik enerjisi kəsilib. Sakinlərin sözlərinə görə, yağışın yağması elektrik enerjisi təsərrüfatında çatışmamazlıqları üzə çıxardı. Bu səhər saat 10 radələrində bərpa olunan elektrik enerjisi bir müddət sonra yenidən kəsilib.
Problemlə bağlı "Bilesuvarinfo"ya Biləsuvar Elektrik Şəbəkəsindən münasibət bildirilib. Şəbəkənin baş mühəndisi İmran Kəlbiyev qeyd etmişdir ki, qaydalara görə açılma olan ekektrik xəttinə baxış keçirildikdən sonra, yenidən həmin xəttə elektrik enerjisi verilir. Yağışın davamlı yağması işləri bir qədər çətinləşdirdiyindın, fasilə uzun çəkib.