Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Biləsuvarda bu kəndlər dünəndən qaranlıqdadır


Biləsuvarda bu kəndlər dünəndən qaranlıqdadır

12 mart 2022, Şənbə
1 078
0
Biləsuvar rayonunun iki kəndində işıqlar yanmır.

“Bilesuvarinfo” xəbər verir ki, rayonun Səmədabad və Nərimankənd kəndlərinin elektirik enerjisi təminatında öncə yaranan fasilələrdən sonra, dünən saat 22:00-dan ümumiyyətlə bu kəndlərin işığı kəsilib. Bu haqda danışan sakinlər onu da bildirmişlər ki, yaranmış problemlə bağlı edilən təkrar müraciətlər nəticə vermir.

Yaranmış problemə Biləsuvar Elektrik Şəbəkəsi ilə əlaqə saxlayıb aydınlıq gətirdik. Şəbəkənin mühəndisi İmran Kəlbiyev saytımıza açıqlamasında bildirmişdir: ”Bu kəndlərin elektrik təminatı daşıyıcı xətinin eyni olduğundan, Nərimankəndin elektrik transformatorunda yaranmış qəza ilə əlaqədar xətt  gərginlikdən ayrılıb. Qəzanın aradan qaldırılması üçün işlər aparılır, yaxın vaxtda işlər tamamlanaraq, kəndlərin elektrik enrjisi bərpa olunacaq”
Müzakirə edin

Həmçinin oxuyun:

Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan