Artıq uzun illərdir ölkəmiz mötəbər regional və beynəlxalq tədbirlərə yüksək peşəkarlıqla ev sahibliyi edir, iqtisadi, siyasi, elmi, humanitar məsələlərin, mürəkkəb proseslərin müzakirə olunduğu məkan kimi tanınır.
Müasir dünyanın ən aktual məsələlərindən biri məhz enerji təhlükəsizliyidir. Bu gün beynəlxalq və dövlətlərarası münasibətlərin fonunda baş verən, az qala hər gün dünya ictimaiyyətinin narahatlıqla izlədiyi məsələlərdən biri məhz enerji təhlükəzisliyi məsələləridir.