» » Aqil Bəşirov yeni vəzifəyə təyin olunub


Aqil Bəşirov yeni vəzifəyə təyin olunub



Elm və Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinə yeni təyinat olub.

"Bilesuvarinfo" xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Aqil Bəşirov şöbənin baş məsləhətçisi vəzifəsinə təyinat alıb.

A. Bəşirov bundan öncə Şirvan-Salyan Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektorunun müdiri olub.

Qeyd edək ki, Bəşirov Aqil Aydın oğlu 1985 - ci ildə Biləsuvar rayonunda doğulub. O, Sumqayıt Dövlət Universitetinin bakalavr səviyyəsini “Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə bitirib. 2006-cı ildən 2017-ci ilə qədər Biləsuvar rayonu Yuxarı Ağalı kənd A.Abdulov adına ümumi orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi, 2017- 2022-ci illərdə Biləsuvar rayonu Yuxarı Ağalı kənd A.Abdulov adına ümumi orta məktəbində direktor vəzifəsində işləyib.

A. Bəşirov 2022-ci ilin sentyabr ayından Şirvan-Salyan Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektorunun baş məsləhətçi vəzifəsində çalışıb. 2022-2023-cü illərdə Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyndə olan ümumi təhsil müəssisələrinin rəhbərlərinə “Məktəblərdə sənədləşmə işinin təşkili” mövzusunda təlimlər keçib.

Yeni təyinat münasibətilə Aqil müəllimi təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq!
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan