Aqil Bəşirov yeni vəzifəyə təyin olundu

"Bilesuvarinfo" xəbər verir ki, Elm və Təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Aqil Bəşirov Şirvan-Salyan Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektoruna müdir vəzifəsinə təyin olunub.
Bəşirov Aqil Aydın oğlu 1985 - ci ildə Biləsuvar rayonunda doğulub. O, Sumqayıt Dövlət Universitetinin bakalavr səviyyəsini “Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə bitirib. 2006-cı ildən 2017-ci ilə qədər Biləsuvar rayonu Yuxarı Ağalı kənd A.Abdulov adına ümumi orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi, 2017- 2022-ci illərdə Biləsuvar rayonu Yuxarı Ağalı kənd A.Abdulov adına ümumi orta məktəbində direktor vəzifəsində işləyib.
A. Bəşirov 2022-ci ilin sentyabr ayından Şirvan-Salyan Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektorunun baş məsləhətçi vəzifəsində çalışıb. 2022-2023-cü illərdə Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyndə olan ümumi təhsil müəssisələrinin rəhbərlərinə “Məktəblərdə sənədləşmə işinin təşkili” mövzusunda təlimlər keçib.
Yeni təyinat münasibətilə Aqil müəllimi təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq.
Müzakirə edin
Həmçinin oxuyun:

23 iyun 2022, Cümə axşamı
Şirvan-Salyan Regional Təhsil İdarəsi 36 məktəb üzrə direktor vəzifəsinə işə qəbul elan edib - SİYAHI
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.