Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Biləsuvarda “Marş irəli” layihəsinin təlimləri keçirilib


Biləsuvarda “Marş irəli” layihəsinin təlimləri keçirilib

26 yanvar 2025, Bazar günü
1 308
0
Biləsuvar rayonunda “Marş irəli” layihəsinin təlimləri keçirilib.

Layihənin icra planına uyğun olaraq təlimlər 6 mövzu üzrə təşkil olunub. Bunlar – dərnək idarəetməsinin təşkili, təşəbbüs ideyalarının formalaşması və idarə olunması, vətənpərvərliyin düzgün formada aşılanması, şagirdlərlə fəaliyyət zamanı qeyri formal təhsil metodlarının tətbiqi, dərnək üçün kurikulum proqramı yazılışı üçün ilkin bacarıqlar və oyun əsaslı tədrisin və idarəetmənin təşkili mövzuların əhatə edib.

Bildirək ki, layihənin məqsədi sistemli olaraq fəaliyyət göstərəcək “Marş irəli” vətənpərvərlik dərnəyinin yaradılması ilə mütəmadi olaraq vətənpərvərliyi təbliğ edən müsabiqələrin və yarışların təşkili ilə şagirdlərdə vətənpərvərlik ruhunun yüksəldiməsinə, milli və ümumbəşəri dəyərlərinin inkişafına yardımçı olmaqdan ibarətdir.

Qeyd edək ki, sözügedən layihə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalib layihələrindən biridir.
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan