““Gələcək Liderlər” – skaut metodları ilə qeyri-formal təhsilin təşkili proqramı” layihəsinin açılışı olub
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin qalib layihələrindən olan ““Gələcək Liderlər” – skaut metodları ilə qeyri-formal təhsilin təşkili proqramı” layihəsinin açılış mərasimi keçirilib.
Mərasim Neftçala şəhər S.İmanov adına 1 saylı tam orta məktəbdə baş tutub. Tədbirdə layihə rəhbəri, məktəb direktorları, layihənin idarə heyəti üzvləri, müəllimlər, Azərbaycan Skautlar Assosiasiyasının üzvləri iştirak edib.Öncə çıxış edən layihə rəhbər layihə haqqında ətraflı məlumat verib. Qeyd edib ki, layihənin həyata keçirilməsində məqsəd qeyri-formal təhsil formasından – skaut metodlarından istifadə etməklə Neftçala rayonunun 3 məktəbində təhsilalanların liderlik bacarıqlarının inkişaf etidirilməsinə, sağlam həyat tərzi keçirmələrinə, zərərli vərdişlərdən qorunmanın təbliğinə dəstək olmaq və bu istiqamət üzrə kadrların təlimləndirilməsinə nail olmaqdır. Bildirilib ki, məqsədə nail olmaq üçün maraqlı hədəf qrupu təyin etməklə onlara skautinq və onun metodologiyası haqqında təqdimat ediləcək, seçilmiş təhsil verənləri qeyri-formal təhsil forması – skaut metodları, sağlam həyat tərzi, zərərli vərdişlərdən qorunma, liderlik və dəstə idarəetməsi ilə bağlı təlimlərə cəlb ediləcəkdir. Həmçinin təhsilalanların inkişafı ilə bağlı uzunmüddətli proqram – kurikulum tərtib ediləcək, dəstə görüşlərinin təşkili ilə təhsilalanların liderlik bacarıqlarının inkişaf etdirilməsinə, sağlam həyat tərzi keçirmələrinə, zərərli vərdişlərdən qorunmanın təbliğinə dəstək olunacaq və qeyri-formal təhsil forması – skaut metodlarını praktiki tətbiq etmək üçün düşərgə təşkil ediləcəkdir.
Eyni zamanda vurğulanıb ki, düşərgə vasitəsi ilə layihənin uzunmüddətli və dayanıqlı olması ilə bağlı strateji planlar hazırlanacaq, düşərgə təşkil etməklə təhsilalanların tətil günlərini və asudə vaxtlarını səmərəli və öyrədici şəkildə keçirmələrinə yardımçı olunacaq və könüllülük prinsipləri ilə skaut fəaliyyətinin davamalılığını təmin etmək üçün Azərbaycan Skautlar Assosiasiyası İctimai Birliyi ilə əməkdaşlıq edilir və bununla bağlı Birlik ilə memorandium da imzalanacaqdır.
Tədbirdə çıxış edən digər qonaqlar layihənin əhəmiyyətindən söz açıblar və layihənin gedişatına uğurlar arzulayıblar.

Müzakirə edin
Həmçinin oxuyun:

10 fevral 2024, Şənbə
“Gələcək Liderlər”- skaut metodları ilə qeyri-formal təhsilin təşkili proqramı” layihəsinin icrası davam edir

30 oktyabr 2023, Bazar ertəsi
Kürdəmirdə ““Məktəb evimdir!” - icmanın məktəb həyatında iştirakının genişləndirilməsinə dəstək proqramı” layihəsinin açılış mərasimi olub

25 dekabr 2023, Bazar ertəsi
“Təlim nəticələri zəif olan təhsilalanların fərdi plan əsasında nəticələrinin yüksəldilməsi” layihəsinin açılışı olub
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.