» » “Yaşıl dünya üçün bir addım” ekoloji maarifləndirmə layihəsi”nin təlimləri uğurla yekunlaşıb


“Yaşıl dünya üçün bir addım” ekoloji maarifləndirmə layihəsi”nin təlimləri uğurla yekunlaşıb



Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən “İdeyanı Reallaşdır 2023” gənclərin fərdi layihələri üzrə qrant müsabiqəsinin qalibi Ayan Hüseynovanın rəhbəri olduğu “Yaşıl dünya üçün bir addım” ekoloji maarifləndirmə layihəsi”nin təlimləri yekunlaşıb.
Layihə icra planına uyğun -olaraq 07-09 sentyabr tarixlərində Lənkəran şəhərində təşkil olunan tədbirlərə 15 nəfər gənc cəlb olunub. Təlimlər Lənkəran Dövlət Universitetinin müəllimi, müstəqil təlimçi-ekspert və Gənclər Fondunun Təlimçi Məlumat Bankının üzvü Samir Salayev tərəfindən həyata keçirilib.
07 Sentyabr tarixində təlimlərin ilk günü təşkil olunub. Təlimin giriş hissəsində layihənin rəhbəri Lənkəran Dövlət Universitetinin Ekologiya ixtisası üzrə tələbəsi Ayan Hüseynova layihə ideyası, nəzərdə tutulan fəaliyyətlər barədə iştirakçılara məlumat verib. İdeyasının dəstəklənməsinə və yaradılan şəraitə görə bütün layihə iştirakçıları adından Azərbaycan Respublikasının Gənclər Fonduna təşəkkürünü ifadə edib. Sonra çıxış edən layihənin mühasibi Vamiq Babayev gənclərin təşəbbüslərinin yüksək səviyyədə diqqətdə saxladığına görə donor təşkilata təşəkkürünü ifadə edərək layihə mövzusunun aktuallığı barədə düşüncələrini ifadə edib. Layihənin işinə uğurlar diləyib.
Təlim gününün birinci hissəsində “Ekoloji sistem, ətraf mühit, ətraf mühitin qorunması və ekoloji tarazlığın saxlanması” mövzusunda, ikinci hissəsində isə “Ekoloji problemlər və həlli yolları” mövzusunda maarifləndirici təlimlər təşkil olunub. Təlimlər zamanı “Ekosistemi qoruyaq” adlı simulyativ oyun və qrup işləri həyata keçirilib.
08 sentyabr 2024-cü il tarixli layihənin 2-ci təlim günündə isə “Ekoloji siyasət, COP29 və Yaşıl dünya naminə həmrəylik ili” və “Sellofan və ya polietilin torbaların zərərləri, ondan qorunmaq yolları” mövzularında təlimlər həyata keçirilib. 2-ci təlim gününün təlimləri zamanı da simulyativ oyun və qrup işləri həyata keçirilib. Təlimlər boyunca və sonda iştirakçıların sualları ətrafında müzakirələr təşkil olunub. Günün sonunda növbəti gün həyata keçiriləcək maarifləndirmə aksiyasında iştirak zamanı geyinməyə layihənin xüsusi t-shirtlər iştirakçılara təqdim olunub.
09 Sentyabr tarixində isə əvvəlki 2 günlük təlim sessiyalarında əldə edilən bilik və bacarıqlardan istifadə olunaraq layihə iştirakçılarının Lənkəran şəhərində insanlara “Sellofan torbalar zərərlidir, onlardan qorunaq” ideyası ilə məlumatlandırma aksiyası təşkil olunub. Lənkəran şəhərinin mərkəzində – parklarda və ya marketlərin qarşısında insanlar məlumatlandırılıb.
Aksiyadan sonra iştirakçılar layihə sertifikatlarının təqdimi üçün təlim məkanında toplaşıblar. Yaşıl dünya üçün bir addım” ekoloji maarifləndirmə layihəsinin rəhbəri Ayan Hüseynova çıxış edərək layihənin gələcək məqsədləri barədə iştirakçıları məlumatlandırıb. Sonra Yaşıl dünya üçün bir addım” ekoloji maarifləndirmə layihəsinin təlimçisi Samir Salayev iştirakçılarla “Layihə bizə nəyi öyrətdi?” adlı təəssüratlar mübadiləsini təşkil edib. Səmərəli müzakirələrdən sonra Layihədə iştirakçı olan 15 nəfər gəncə layihənin xüsusi Sertifikatları təqdim olunub.
Qeyd edək ki, Lənkəran şəhərində 01.07.2024 – 01.10.2024 tarixlərində icra olunan “Yaşıl dünya üçün bir addım” ekoloji maarifləndirmə layihəsi çərçivəsində seçilmiş gənclər üçün 07-08 sentyabr tarixlərində təlimlər, 09 sentyabr tarixində isə layihə çərçivəsində hazırlanmış xüsusi geyim formaları ilə təmin olunmuş iştirakçıların Lənkəran şəhərində insanlara “Sellofan torbalar zərərlidir, onlardan qorunaq” ideyası ilə məlumatlandırma aksiyası təşkil olunub.

Layihənin Mətbuat Xidməti

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR