- 11 oktyabr, 11:29
- 1 296 dəfə oxunub
- 0
“Müəllimlərə metodiki və ixtisas üzrə bilik və bacarıqlarının artırılmasına çalışıram”
Çağdaş məktəbin müəllimi ümumtəhsil məktəblərində artıq 2008-ci ildən reallaşdırılmağa başlanılan kurikulum standartlarının tələblərinə uyğun bir səviyyədə peşəkar əmək fəaliyyətinə qoşulub. Latıncadan mənası "kurs", "yol" deməkdir - kurikulumun.
“Bilesuvarinfo” xəbər verir ki, Səadət xanım məhz çalışdığı rayonda həmkarlarına, xüsusilə gənc müəllimlərə ixtisas üzrə təlimlər keçir, onlara yol göstərir. Orta məktəbdə şagirdlərlə çalışmaqdan zövq alan Səadət müəllimə həmkarlarının, həm də müəllim olmaq istəyən gənc kadrların metodiki və ixtisas üzrə bilik və bacarıqlarının artırılması üçün müxtəlif təlimlər keçir. Gənc müəllimlərlə fəaliyyətini onların müstəqil qərarlar qəbul etməsi üçün zəruri təhsil səviyyəsinə və bacarıqlara malik olmasına, cəmiyyətin inkişafının əsas hərəkətverici qüvvəsi olan kadrlar formalaşdırılmasına yönəldib.
Fəaliyyətində hər bir şəxsin istedad və qabiliyyətini nəzərə alıb, xüsusi yanaşma tərzi olan Səadət Məmmədova Biləsuvarın təhsil ictimaiyyəti tərəfindən tanınan kurikulum təlimçilərindən biridir. Müdavimləri dəfələrlə müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edərək yüksək nəticələr əldə etmişdir. Amalı insanları maarifləndirmək olan Səadət müəllimə daim yorulmadan çalışır. O, həmçinin texnologiya aid test vəsaitlərindən birinin müəllifidir.
Hal - hazırda bu istiqamətdə öz fəaliyyətini uğurla davam etirən Səadət müəllimin kurikulum təlimçiliyindən yararlanmaq istəyənlər aşağıdakı nömrə ilə əlaqə saxlaya bilər.
Əlaqə üçün nömrə: (070) 235 – 10 - 77