» » Yeni siyasi reallıqlar yaradan partiya


Yeni siyasi reallıqlar yaradan partiya

      
Ulu öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının müasir Azərbaycanın siyasi sitemində tutduğu mövqe, bu sistemin formalaşmasına verdiyi töhvələr, zəngin siyasi təcrübə partiya həyatı ilə bağlı istənilən hadisə və proses ölkə gündəminin  ən mötəbər xəbərinə çevirir. Qələbələr və qaliblər partiyası olan Yeni Azərbaycan Partiyasının 2021-ci ilin mart ayının 5-də keçirilmiş  VII qurultayı da bütövlükdə ölkəmizin siyasi sisteminin tarixində mühüm  hadisə olmaqla bərabər, həm də partiayanın növbəti qələbələrinin başlanğıcı oldu.
      
VII Qurultayın qəbul etdiyi yeni Nizamnamə, Qurultaydan sonra partiyanın idarə Heyətinin müvafiq qərarları ilə təsdiq edilmiş Veteranlar Şurası, Gənclər Birliyi, Partiyanın Mərkəzi Aparatı, eləcədə Yerli təşkilatları haqqında Əsasnamələr, yeni Proqram partiyanın həyatına möhtəşəm yeniliklər gətirdi. Bu yeniliklər Yeni Azərbaycan Partiyasının ümumxalq partiyası olduğunu sübut etməklə yanaşı, təkcə  post sovet məkanında deyil, həm də beynəlxalq aləmdə bu möhtəşəm siyasi təşkilatın yeri və rolunu müəyyən etmiş oldu. Belə ki, partiya daxilində peşəkarlıq, işgüzar münasibətlər, partiyadaxili sağlam rəqabət, partiya üzvlərinin şəxsi inkişafı, milli və bəşəri dəyərlərə söykənən etik davranış, innovativ inkişaf və kreativlik, elmilik və müasirlik siyasi fəaliyyətin əsas meyarlarına çevrildi. 
         
Partiyanın VII Qurultayından ötən 3 il ərzində görülmüş işlər təkcə partiya daxilində deyil, ümumilikdə ölkəmizdə siyasi münasibətlərin peşəkar səviyyədə,   yeni konfiqurasiyada qurulmasına, siyasi sistemin daha açıq, şəffaf meyarlar üzrə intişar tapmasına vəsilə oldu. Partiyadaxili struktur islahatları,  təşkilati məsələlərə mütərəqqi yanaşmalar bu prosesin açarı rolunu oynadı. Ciddi, müsbət keyfiyyət dəyişikliklərinə səbəb omuş təyinatlar partiyanın strateji hədəflərinə yönəlik mühüm siyasi addım olaraq yeniliklərin davamlılığına şərait yaratdı. Məhz VII qurultaydan sonra baş vermiş bu dəyişikliklər müasir dövrün çağırışlarına cavab verir  və bu qurultayın partiyanın və  ölkəmzin ictimai-siyasi münasibətlər sisteminin tarixində mühüm hadisə olaraq diqqəti cəlb edir. Bu dəyişikliklər respublikamızda fəaliyət göstərən bir sıra ictimai-siyasi təşkilatların öz mövcudluqlarına yenidən baxmağa, cəmiyyətə və dövlətə daha çox səmərə verəcək mövqe sərgiləmələrinə səbəb oldu. Təsadüfi deyil ki, qurultaydan sonra bir çox partiyalar Yeni Azərbaycan Partiyasına qoşulmaqla bağlı müraciət ünvanladılar və bu müraciətlər müsbət cavablandırıldı. 
          
Qurultaydan ötən müddət ərzində  gərgin əmək və   zəhmət sərf edilən siyasi fəaliyyət   nəticəsində əldə olunmuş uğurlar partiyanın yeni tarixi qələbələrini təmin etməkdədir. Bu müddət  ərzində minlərlə Azərbaycan vətəndaşının partiya sıralarına üzv kimi qəbul olunmaqdan ötrü etdikləri müraciət, ictimai-siyasi münasibətlər sisteminin ən müxtəlif iştirakçılarının Yeni Azərbaycan Partiyası ilə   konstruktiv dialoqa can atmaları, həm də Yeni Azərbaycan Partiyasının ölkəmizin taleyüklü məsələlərlə bağlı qəbul etdiyi qərarların nə qədər mütərəqqi, xalqımızın bütövlüyünə, tarix gələcəyinin möhtəşəmliyinə və qalibiyyətlərə hesablanmış qərarlar olduğunun əyani sübutlarıdr. Partiya rəhbərliyinin, partiyanın Mərkəzi Apratının yerli təşkilatlara, sıravi partiya üzvlərinə münasibətdə tamamilə yeni,  inkişaf etmiş siyasi sistemlərin  mütərəqqi və müasir nümunələrini özündə ehtiva edən yanaşmaları  ölkəmizdə Yeni Azərbaycan Partiyasının nüfuzunu daha da yüksəltmişdir. İndi Yeni Azərbaycan Partiyası qalib siyasi təsisat olmaqdan əlavə, həm də islahatlara açıq, müəyyən etdiyi hədəflərə doğru əzmlə irəliləyən, ümumxalq sevgisi qazanmış möhtəşəm siyasi təşkilat kimi xalqımızın öz tarixi ideallarını, partiyanın ideya və prinsiplərini gerçəkləşdirməyə daim çalışan mütəşəkkil qüvvə olaraq   beynəlxalq aləmdə də nüfuz qazanmaqdadır. 
        
Yeni Azərbaycan Partiyası  VII Qurultaydan ötən 3 il  ərzində öz beynəlxalq əlaqərini genişləndirərək dünyada mövcud olan müxtəlif çalarlı siyasi sistemlərin yeniliklərini əxz etməklə yanaşı, həmin siyasi sistemlərə öz töhvəsini verməkdədir. Bu gün artıq Yeni Azərbaycan Partiyası dünyanın bir çox dövlətlərinin hakim siyasi təşkilataları ilə qarşılıqlı münasibətlər qurub və bu proses davam edir. Bu manasibətlər çərçivəsində partiya rəhbərliyinin xarici ökələrə, eləcədə   bir sıra ölkələrin hakim siyasi təşkilatlarının ölkəmizə qarşılıqlı səfərləri, Yeni Azərbaycan Partiyası ilə əlqaələri inkişaf etdirməyə səy göstərmələri, məhz qurultaydan sonrakı dövr ərzində görülmüş işlərin, atılmış  tarixi addımların nəticəsidir. 
         
VII Qurultayda qəbul edilmiş yeni proqram da öz əksini tapan müasir çağırış və tendensiyalar imkan veriri ki, partiyamızın sədri, cənab İlham Əliyevin həyata keçirdiyi islahatlar Azərbaycan xalqı və dövləti naminə ən müxtəlif sahələrdə icra edilməsindən ötrü start verdiyi yeniliklərin həyata keçiririlməsi işində Yeni Azərbaycan Partiyasının ölkəmizin avanqard siyasi qüvvəsi olaraq onun bütün çağırışlarını sonadək müdafiə etsin, daim əzmlə çalışsın, qarşıya qoyulmuş hədəflərə çatmaqdan ötrü var qüvvəsini sərf etsin. 
         
Yeni Azərbaycan Partiyasının üzvləri müasir dövrün reallıqlarına, regionda və dünyada baş verən qlobal inteqrasiya proseslərinə, dünya dövlətlərinin birliyinə daim mütərəqqi münasibət sərgiləyərək  demokratik dəyərləri inkişaf etdirməklə ölkəmizi öz müstəqil siyasi addımları, siyasi mədəniyyəti ilə dünya ölkələrinin ön sıralarına çıxarmasına çalışırlar. Yeni Azərbaycan Partiyası xalqla birlikdə  bu tarixi-siyasi missiyanın  həyata keçirilməsindən ötrü cənab  İlham Əliyevin ətrafında bir yumruq kimi birləşərək  tarix yazır. Bu tarix, azad, suveren, bütöv Azərbaycanın tərəqqisi və intibahı tarixidir.

Kamil Qurbanlı
Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının sədri
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan