» » YAP Biləsuvar rayon təşkilatı Çaylı kənd ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirib


YAP Biləsuvar rayon təşkilatı Çaylı kənd ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirib


May ayının 22-də Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının Çaylı kənd ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilldi. 

İclasda YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı və ərazi partiya təşkilatının üzvləri iştirak ediblər.
     
Əvvəlcə Çaylı kənd ərazisində inşa olunmuş şəhidlərin xatirə kompleksi ziyarət olunaraq önünə gül dəstələri düzülmüş və xatirələri yad edilmişdir.
     
Hesabat-seçki yığıncağının açılışında Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
      
Yığıncağın gündəliyində duran iki məsələ müzakirə olunub. I məsələ ərazi partiya təşkilatının sədrinin hesabat məruzəsinin dinlənilməsi, II məsələ ərazi partiya təşkilatının sədr və sədr müavininin seçilməsi olub.
      
Gündəlikdə duran I məsələ ilə əlaqədar Çaylı kənd ərazi partiya təşkilatının sədri Rəşad Əliyev ərazi partiya təşkilatının hesabat dövrü ərzində fəaliyyəti barədə məlumat verdi. O, görülmüş işlər, həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələr barədə danışdı. Hesabat ətrafında çıxışlar dinlənilərək ərazi partiya təşkilatının fəaliyyəti qənaətbəxş hesab edildi. 
     
Gündəlikdə duran II məsələ müzakirə edilərək təkliflər dinlənildi. Çıxış və təkliflər dinlənildikdən sonra səsvermə nəticəsində Hünbətov Azər Əliqulu oğlu YAP Biləsuvar rayon təşkilatının Çaylı kənd ərazi partiya təşkilatının sədri, Mikayıllı Müşfiq Nazim oğlu isə sədr müavini seçildilər. 
     
Yığıncaqda çıxış edən YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı Yeni Azərbaycan Partiyasının cəmiyyətimizdəki rolundan, Partiyanın Proqram və Nizamnaməsinin tələblərindən bəhs etdi. Kamil Qurbanlı yeni seçilən sədr və sədr müavinini təbrik edərək onlara işlərində uğurlar arzuladı, təşkilat üzvlərinin partiyanın fəaliyyətində daha yaxından iştirak etməyə dəvət etdi.
      
Sonda YAP Biləsuvar rayon təşkilatının keçirdiyi tədbirlərdə fəal iştirak edən partiya üzvünə təşəkkürnamə təqdim olundu.

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan