“Qalib Xalq Qalib Liderini seçdi: Yeni dövrün yeni çağırışları”

Fevral ayının 20-də Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatı Heydər Əliyev Mərkəzində “Qalib Xalq Qalib Liderini seçdi: Yeni dövrün yeni çağırışları” mövzusunda tədbir keçirib.
Tədbirdə YAP rayon təşkilatının sədri Kamil Qurbanlı, rayon təşkilatı aparatının əməkdaşları, ərazi partiya təşkilat sədrləri və sədr müavinləri iştirak edib.
Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə açan YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı 7 fevral Prezident seçkilərinin nəticələri münasibəti ilə tədbir iştirakçılarına təbriklərini çatdırdı. Seçkilərə hazırlıq dövründə görülmüş işlər, həyata keçrilmiş tədbirlər, partiya üzvlərinin və seçicilərin fəallıqı barədə məlumat verdi. Rayonda seçicilərin 79,11% -nin seçkidə iştirak etdiklərini, iştirak edən seçicilərin 89,4% Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verdiklərini qeyd etdi. Seçkilərdən sonrakı başlanan yeni dövr, cənab prezidentin andiçmə mərasimindəki nitqindən irəli gələn məslələr və qarşıda duran vəzifələr barədə fikirlərini bildirdi.
Tədbir iştirakçılarından bir neçə nəfər çıxış edərək 7 fevral seçkiləri, seçkinin nəticələri, əldə olunmuş uğur və qarşıda duran məslələrlə bağlı münasibətlərini ifadə etdilər. Tədbirdə iştirak edən bir qrup fəala YAP Rayon təşkilatının təltifləri təqdim edildi.
Tədbirin yekununda Yeni Azərbaycan Partiyasının himni səsləndirildi.
Sonda iştirakçılarla xatirə şəkli çəkildi.



















Müzakirə edin
Həmçinin oxuyun:

12 yanvar 2024, Cümə
YAP Biləsuvar rayon təşkilatının təsis edilməsinin 31 illiyi münasibətilə tədbir keçirildi

26 may 2023, Cümə
Biləsuvarda “Ulu Öndər Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” mövzusunda elmi-praktik konfrans keçirilib.

12 aprel 2022, Çərşənbə axşamı
11 aprel 2018-ci il prezident seçkiləri – Lider - Xalq birliyinin növbəti təntənəsidir
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.