Bu gün Biləsuvarda növbəti qanvermə aksiyası keçirilib

Azərbaycan Respublikası Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Talassemiyasız həyat naminə” layihəsi çərçivəsində Biləsuvar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Milli Hemotologiya və Transfuziologiya Mərkəzinin dəstəyi ilə Biləsuvar Rayon Ailə Sağlamlıq Mərkəzində növbəti “Qanvermə aksiyası” keçirilib.
Talassemiya, hemofiliyalı və digər qan xəstəliklərindən əziyyət çəkən xəstələri qan və onun komponentləri ilə təmin etmək məqsədilə keçirilən qanvermə aksiyasında Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, İcra Hakimiyyəti başçısının aparatı, rayonun idarə, müəssisə, təşkilatlarının kollektivləri və rayon sakinləri fəal iştirak edib.
Qeyd edək ki, Mərkəzi Qan Bankının xüsusi tibb briqadasının həkim-hematoloqları Rayon Mərkəzi Xəstəxanasının tibbi personalı ilə birgə könüllü donorları müayinə etdikdən sonra onlardan qan götürülüb.






Müzakirə edin
Həmçinin oxuyun:

15 iyun 2024, Şənbə
Biləsuvarda Qurban bayramı münasibətilə talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən uşaqlara qan verildi

31 may 2022, Çərşənbə axşamı
Şəkər xəstələrinin müalicəsində ən çox edilən səhv...” - Dr. Samir Şükürov
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.