Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » H. Əliyev İli çərçivəsində qanvermə aksiyası keçirilib


H. Əliyev İli çərçivəsində qanvermə aksiyası keçirilib

02 iyun 2023, Cümə
905
0

Biləsuvar rayonunda  növbəti qanvermə aksiyası keçirilib. 

"Bilesuvarinfo"nun
məlumatına görə, Biləsuvar rayonunda Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində Biləsuvar Rayon İcra Hakimiyyətinin, Milli Hematologiya və Transfuziologiya Mərkəzi - Qan Bankı bölməsinin və “Biləsuvar Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçirilib. 

Rayon Mərkəzi Xəstəxanasında keçirilən “Sən də bizə qoşul, qan ver, həyat qurtar!” başlıqlı aksiyada Biləsuvar Rayon İcra Hakimiyyətinin, YAP Biləsuvar rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların kollektivləri, icra nümayəndələri və bələdiyyələr, eləcə də rayon ictimaiyyətinin nümayəndələri olmaqla 194 nəfər donordan qan götürülüb.  

Qeyd edək ki, Respublika Mərkəzi Qan Bankının tibb işçiləri tərəfindən sağlamlıq imkanları əvvəlcədən müəyyənləşdirilən donorlardan toplanan qan ehtiyatı talassemiya, hemofiliya və leykoz xəstəliyindən əziyyət çəkən xəstələr üçün istifadə olunacaq.

Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan