Əlaqə telefon nömrələri:
+994 50 483 45 02
+994 50 678 65 99
» » Talassemiyalı xəstələrə qan verdilər


Talassemiyalı xəstələrə qan verdilər

11 iyul 2024, Cümə axşamı
586
0
Azərbaycan Respublikası Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Talassemiyasız həyat naminə” layihəsi çərçivəsində Biləsuvar rayonunda qanvermə aksiyası keçirilib.

"Bilesuvarinfo" xəbər verir ki, aksiya  Biləsuvar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Milli Hemotologiya və Transfuziologiya Mərkəzinin dəstəyi ilə keçirildi.

Talassemiya, hemofiliyalı və digər qan xəstəliklərindən əziyyət çəkən xəstələri qan və onun komponentləri ilə təmin etmək məqsədilə keçirilən qanvermə aksiyasında rayonun idarə, müəssisə  və təşkilatlarının kollektivləri, o cümlədən ictimaiyyət nümayəndələri fəal iştirak etdi.
Müzakirə edin
Şərh əlavə edin
Şərhlər (0)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan