- 11 iyun, 15:41
- 649 dəfə oxunub
- 0
Ölkəmizin uğurlarının təməli əlli il bundan əvvəl atılmış cəsarətli addımlara əsaslanır
Tarix dəfələrlə sübut edib ki, hər bir xalqın mövcudluğu onun həmrəyliyindən və dövrün məsulliyyətini öz üzərinə götürərək tarixi yenidən yazmaq bacarığından irəli gəlir. Bu mənada Azərbaycan xalqı xoşbəxt xalqlardandır ki, Heydər Əliyev kimi dahi şəxsiyət Azərbaycanı çətin sınaqlardan çıxarmaqla onun mövcudluğunu əbədi etmişdir. Təsadüfü deyil ki, müxtəlif dövirlərdə mənsub olduğu xalqın xoşbəxtliyi üçün yorulmadan çalışan Ulu Öndər Heydər Əliyevin adı dünyanın axarını dəyişə bilən böyük şəxsiyyətlərlə bir sırada çəkilir.
Bu gün fəxrlə deyə bilərik ki, müstəqil Azərbaycan dövlətinin qazandığı hər bir uğurun təməlində Heydər Əliyev şəxsiyyətinin müəllif olduğu inkişaf strategiyası dəyanır.
Heydər Əliyevin Azərbaycana rəhbərliyi 1969 cı-ildən başlamışdr. Bu görkəmli dövlət xadiminin respubilkamıza rəhbər gəlməsi ilə Azərbaycanın İqtisadi və siyasi inkişafına böyük yol açmışdır. Ulu Öndərin ölkəmizə birinici rəhbərliyi dövründə, 14 il ərzində 1048 sənaye abyekti tikilməsini demək buna kifayət edər. Görkəmli siyasi xadimin milli kadırların formalaşması istiqamətində gördüyü işlər xalqımızın gələcək müstəqilliyinə və milli özünüdərkin əsasının qoyulmasına zəmin yaratmışdır.
Ulu Öndərin böyük siyasi iradəsi hesabına respublikamızda ilk hərbi məktəb Cəmşid Xan Naxçıvanski adına hərbi lissey yaradılmışdır. Bu məktəbin yaradılması milli hərbi kadırların formalaşmasına xidmət edir. Bu gün ölkəmizdə hərbi uğurların təməli əlli il bundan əvvəl atılmış cəsarətli addıma əsaslanır.
Azərbaycan dilinin dövlət dili kimi təsdiq olunması, milli dəyərlərmizin, adət ənənələrmizin qorunub yaşadılması, tarixi-mədəni irsimizə qayğı, soy kökümüzə sahiblik kimi dəyşikliklər yaratmışdır.
1990-cı il yanvarın 19 dan 20-ə keçən gecə paytaxt Bakıda törədilən qanlı hadisələrə ilk açıq etrazını bildirən şəxs Ulu Öndər Heydər Əliyev olmuşdur.Həmin vaxt böyük siyasi iradə nümaiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliynə gedərək bu qırğını təcəvüzkarlıq , baş verən hadisənin hərbi cinayət olduğunu bildirmiş və bu bəyanatı bütün dünyaya çadırmışdır.
Xalqımızın böyük oğlu tarixən ən çətin və məsuliyyətli anlarda Azərbaycan xalqının ruhuna nəfəs kimi qayıtmış,onun mövcudluğunu qoruyaraq xilaskarlıq missiyasını yerinə yetirmişdir. Talehin hökümü ilə iki dəfə bu missiyanı üzərinə götürən Ulu Öndər hər dəfə mürəkkəb məqamlarda xalqın köməyinə çatmış, ölkəmizi böyük bəlalardan qutarmışdı.
1993-ci ilin iyunun 15 də Azərbaycanda siyasi hakimiyyətə qayıdan Ulu Öndər müstəqil Azərbaycanın xilaskarı və qurucusu kimi muasir Azərbaycan tarixinə daxil olmuşdur.
15 iyun “Qurtuluş günü” kimi müstəqilliymizin və dövlətçiliymizin xilasi gününə çevrilmişdir.
1993-ci ilin oktıyabrında keçirilən Prezident seçkilərində yüksək səs çoxluğu qazanmış və ölkəmizin prezidenti seçilmişdir. Onun qarşısında duran ən mühüm məsələ, Azərbaycan Ermənistan arasında “Dağlıq Qarabağ məsələsinin” dinc yolla həll olunması idi. Bu yolda ilk addım 1994 cu il mayın 12 də Atəşkəsin əldə olunmasıdır.
1994 cu ilin sentyabrın 20- də “ Əsrin müqaviləsi” imzalandı.1995- ci ilin 12 noyabrda Müstəqil Azərbaycanın ilk konstitusiyası qəbul edildi. 1998- ci ildə Şərqdə ilk dəfə Azərbaycanda ölüm hökmü ləğv edildi.
1998 ci ildə keçirilən növbəti Prezident Seçkilərində Xalqımızın böyük etimadını qazanan Ulu Öndər Heydər Əliyev yüksək səs çoxluğu ilə Respublikamıza ikinci dəfə Prezident seçildi.
Ulu Öndər bundan sonra ömrünün qalan hissəsini Ölkəmizin çiçəklənməsinə, Ərazi bütövlüyünün təmin edilməsinə , Xalqımızın rifahının yaxşı olmasına həsr etmişdir.
Bu gündə böyük qürur hissi ilə deyə bilərik ki,ölkəmiz Ulu Öndər Heydər Əliyev siyasi kursunun davamçısı Müzəffər Ali Baş Komandan İlham Əliyev Cənablarının rəhbərliyi altındadır.
Toğrul Məmmədli,
Masallı rayonu, Öncəqala kənd Ə.Məmmədov adına tam orta məktəbin direktoru