» » 15 İyun – Azərbaycan dövlətçiliyinin xilas günüdür


15 İyun – Azərbaycan dövlətçiliyinin xilas günüdür

Azərbaycanda tarixi bir bayram, xalqımızın taleyində həlledici və ən dəyərli
gün   olan  Milli Qurtuluş Günü ərəfəsindəyik. Azərbaycan xalqının taleyində həlledici rol oynayan Qurtuluş Günü Azərbaycanın taleyüklü  tarixi  dönüşün - ölkənin hərtərəfli inkişafının,
dünyaya inteqrasiyasına, dövlətimizin müstəqilliyinin möhkəmlənməsinə  yönələn yeni  bir  mərhələnin başlanğıcıdır
.
       Qurtuluş Günü Azərbaycanın həyatında tarixi dönüş günüdür və ölkənin  ictimai-siyasi həyatında  açılmış yeni səhifədir.  Məhz həmin tarixi gündən sonra Azərbaycan, sözün əsil mənasında,müstəqilliyini möhkəmləndirə bildi, demokratik dövlətə çevrildi. Azərbaycanda müstəqil ordu formalaşdı, ölkədə hökm sürən hərbi özbaşınalığa son qoyuldu, cinayətkarlıq azaldı, ən nəhayət, ordu quruculuğu tam formalaşdı. 

Bununla yanaşı, iqtisadi yüksəliş ölkənin bütün sahələrində müşahidə olundu. Azərbaycan dünya iqtisadi sistemində öz layiqli yerini tutdu, beynəlxalq təşkilatlarda uğurla təmsil olundu,dünyada etibarlı tərəfdaş kimi tanındı, ikitərəfli və çoxtərəfli münasibətlərini uğurla inkişaf etdirdi.  1991-1993cü illərdə bütün sahələrdə
 mövcud uğursuzluqlar ölkəmiz üçün ciddi problemlər yaratmışdı. Ölkəmiz vətəndaş müharibəsinin astanasında  idi. 

Belə bir çətin dövrdə ulu öndər Heydər
Əliyev Azərbaycan xalqını zamanın ən 
çətin sınaqlarından çıxardı. Xalq belə 
çətin vəziyyətdə üzünü  öz xilaskarına, ulu öndər Heydər Əliyevə tutdu. Ulu Öndər Heydər Əliyev Azərbaycan siyasi arenasında görünüb, öz müdrik bacarığı və təşkilatçılığı sahəsində təhlükəni aradan qaldırdı. Məhz onun hakimiyyətə
qayıdışı ilə Azərbaycan yeni  inkişaf yolunda inamla irəlilədi.

Müasir Azərbaycan Heydər Əliyevin adı ilə bağlıdır və onun yaratdığı əsərdir.
Hər bir Azərbaycan vətəndaşının həyatında müsbət dəyişikliyə səbəb olan, xoşbəxt gələcəyimizin  açarı olan Milli Qurtuluş Günü Azərbaycanın taleyüklü 
tarixi dönüş günüdür. Bəli, Qurtuluş Günü olmasaydı, bu günkü Azərbaycan olmayacaqdı.

 Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu düşünülmüş və məqsədyönlü siyasət bu  gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Respublikamızın dinamikinkişafını və 
siyasi üstünlüklərini şərtləndirən əsas 
amil, məhz Heydər Əliyevin müstəqil 
Azərbaycanı etibarlı əllərə tapşırmasıdır.

Prezident İlham Əliyev hələ ilk dəfə dövlət başçısı seçilərkən bəyan etmişdi ki, Onun əsas vəzifəsi Heydər Əliyev siyasi kursunu davam etdirmək olacaq. Fəxr edirik ki,bu gün ölkəmiz beynəlxalq 
aləmdə sabitlik diyarı kimi tanınır.  

 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  həyata keçirdiyi uğurlu siyasət nəticəsində xalqımızın Qarabağ həsrətinə son qoyuldu.  44 günlük Vətən Müharibəsində  Müzəffər Ali Baş Komandan və Müzəffər  Milli ordumuzun birgə  səyi nəticəsində  mənfur düşmən darmadağın edildi, əzəli və əbədi torpaqlarımız işğaldan azad oldu.  Məhz Ulu Öndərin ideyaları işığında Böyük Zəfəri qazandıq. 

Bütün azərbaycanlıları Milli Qurtuluş Günü münasibətilə təbrik edirik! 

Məhbubə Şahbazova,
Masallı rayonu, Bədəlan kənd tam orta məktəbinin müəllimi
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR