
"Regionpress.az" xəbər verir ki, bu haqda ali təhsil ocağının rektoru Elmar Qasımov öz fecbook səhifəsində paylaşım edib.
Belə ki, Ali Məktəbimizin daha bir qrup tələbəsi 2023/2024-cü tədris ilinin yaz semestrini Almaniya, Bolqarıstan, İspaniya, Polşa və Türkiyə universitetlərində təhsil almaq şansı əldə edib.
"Erasmus+KA107" və mübadilə proqramları ilə təhsillərini davam etdirəcək 12 tələbə və onların valideynləri ilə görüşdə BANM-in rektoru E. Qasımov xoş arzularını çatdırıb.
Proqramdan yararlanmaq imkanı əldə etmiş tələbələrdən biri Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin məzunu Tahir Əskərlidir. O, Neft-qaz mühəndisliyi ixtisası 4-cü kursunun tələbəsidir, yaz semestrində təhsilini Türkiyə Texniki Universitetində davam etdirəcək.
Qeyd edək ki, Tahir Vüqar oğlu Əskərli Biləsuvar şəhər sakinidir. Anası Fatma Əskərli Biləsuvar RMX-də həkim-terapevtdır.
Tələbələrə uğurlar arzu edirik!


