» » “Dövlətin bu jesti tələbələrə maddi dəstəkdir” — AÇIQLAMA


“Dövlətin bu jesti tələbələrə maddi dəstəkdir” — AÇIQLAMA

Xəbər verdiyimiz kimi, müvafiq ixtisaslara ödənişli əsaslarla qəbul olunmuş bakalavr və abituriyentlər arasında onların topladıqları ballara əsasən boş qalan dövlət sifarişli yerlərə əlavə müsabiqə keçirilib. 

Əlavə müsabiqənin nəticələrinə əsasən magistraturaya qəbul üzrə 319, bakalavriat səviyyəsi üzrə isə 1800 tələbə ödənişsiz təhsil almaq hüququ əldə edib. Həmin tələbələrin siyahısı müvafiq tədbir görülməsi üçün ali təhsil müəssisələrinə göndərilib.

Təhsil eksperti Rizvan Fikrətoğlu açıqlamasında qeyd edib ki, region universitetlərində də ödənişli əsaslarla qəbul olub, dövlət sifarişi əsasında təhsil almaq şansı əldə edən tələbələr az deyil. Özəl universitetlərdə də bu hal müşahidə edilir:

“Bakalavr pilləsi üzrə üzrə boş qalan dövlət sifarişli yerlərə əlavə yerləşdirmədə dövlət universitetlərindən birinci yeri Azərbaycan Memarlıq və İnşaat Universiteti tutur. Bu universitetə ödənişli əsaslarla qəbul olmuş 257 tələbə dövlət hesabına təhsilini davam etdirəcək. Növbəti yerlərdə 226 tələbə olmaqla Azərbaycan Texniki Universiteti, 182 tələbə olmaqla Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, 175 tələbə olmaqla Bakı Dövlət Universiteti və digər universitetlər gəlir. Özəl universitetlər arasında "Odlar Yurdu" Universitetində 66, Azərbaycan Kooperasiya Universiteti və Qərbi Kaspi Universitetində hər birində ayrılıqda 46 tələbə ödənişsiz şəkildə təhsilini davam etdirəcək.

Eləcə də magistratura səviyyəsi üzrə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində ödənişli əsaslarla qəbul olmuş 84, Azərbaycan Texniki Universitetində 51, Azərbaycan Memarlıq və İnşaat Universitetində 40 tələbə pulsuz təhsil alacaq”.

Ekspert əlavə edib ki, ixtisas seçimi zamanı maksimum diqqətli olmaq lazımdır:

“Boş qalan dövlət sifarişli yerlərə əlavə müsabiqə nəticəsində yerləşdirilmiş tələbələr ixtisas seçimi zamanı ödənişli yerləri seçiblər, halbuki dövlət sifarişi üzrə qəbul ola bilərdilər.

Seçim zamanı abituriyentlərin topladıqları bal statistikasını, öz balınıza uyğun tutduğunuz yeri və buna uyğun boş plan yerlərini, eləcə də əvvəlki illərin göstəricilərini nəzərə almaq lazımdır. 

Dövlətin bu jesti isə birmənalı şəkildə alqışlanmalıdır. Bu, tələbələri düşünməkdir, maddi dəstəkdir”.

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR