» » » Şəhid Tacəddin Allahverdi oğlu Quliyevin anım günündə xatirəsi yad edildi


Şəhid Tacəddin Allahverdi oğlu Quliyevin anım günündə xatirəsi yad edildi


Aprel ayının 27-də Biləsuvar rayonunun Təzəkənd  kəndində I Qarabağ müharibəsi şəhidi Quliyev Tacəddin Allahverdi oğlunun anım günü ilə əlaqədar ata ocaqı ziyarət olundu. 

Ziyarətdə YAP Biləsuvar rayon təşkilatının sədr müavini Aqşin Qasımov, Biləsuvar Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Bəhruz Mirzəzadə və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ziyarətçilər şəhidimizin keçdiyi döyüş yolundan, göstərdiyi xidmətindən və şücaətindən bəhs edərək yaxınlarına baş sağlığı vermişlər.

Məlumat üçün qeyd edək ki,  Azərbaycan Ordusunun əsgəri olmuş  Quliyev Tacəddin Allahverdi oğlu 7 sentybar 1975-ci ildə Biləsuvar rayonunun Təzəkənd kəndində anadan olmuşdur. 1982-1993-cü illərdə Təzəkənd kənd tam orta məktəbində təhsil almış və 8 oktyabr 1993-cü ildə Biləsuvar rayon Hərbi Komisarlığı tərəfindən hərbi xidmətə çağrılmışdır. Füzuli rayonunun Qaraxanbəyli kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş və 27 aprel 1994-cü ildə Təzəkənd kənd qəbiristanlığında dəfn olunmuşdur.

Allah şəhidlərimizə rəhmət eləsin!
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR