» » » Şəhid İlkin Fərhad oğlu Məmmədovun doğum günündə xatirəsi yad edildi


Şəhid İlkin Fərhad oğlu Məmmədovun doğum günündə xatirəsi yad edildi

Mart ayının 27-də Biləsuvar şəhərində şəhid Məmmədov İlkin Fərhad oğlunun doğum günü ilə əlaqədar ata ocaqı ziyarət olundu. 

Ziyarətdə YAP Biləsuvar rayon təşkilatının sədr müavini Aqşin Qasımov, şəhid valideyinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ziyarət zamanı qəhrəman şəhidimizin  şərəfli döyüş yolundan söz açılaraq xatirəsi yad edilmiş, ruhuna dualar oxunmuş və valideyininə baş sağlığı verilmişdir. 

Məlumat üçün qeyd edək ki,  Azərbaycan Ordusunun əsgəri olmuş şəhid Məmmədov İlkin Fərhad oğlu 27 mart 2002-ci ildə Biləsuvar şəhərində anadan olmuşdur. 2007-2018-ci illərdə Ş.Qurbanov adına 2 saylı tam orta məktəbində, 2018-2020-ci illərdə Bakı şəhər 10 nömrəli Texniki Peşə Məktəbində bərbər ixtisası üzrə təhsil almışdır. 2020-ci ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə yollanmışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan II Qarabağ müharibəsində iştirak etmiş və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. 6 noyabr 2020-ci ildə Biləsuvar şəhər qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən şəhid Məmmədov İlkin Fərhad oğlu ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.

Allah şəhidlərimizə rəhmət eləsin!
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR