» » » Şəhid Şəhriyar Bəxtiyar oğlu Mirişlinin doğum günündə xatirəsi yad edildi


Şəhid Şəhriyar Bəxtiyar oğlu Mirişlinin doğum günündə xatirəsi yad edildi



Mart ayının 1-də Biləsuvar şəhərində şəhid Mirişli Şəhriyar Bəxtiyar oğlunun doğum günü ilə əlaqədar ata ocağı ziyarət olundu. 

Ziyarətdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, şəhid valideyinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ziyarət zamanı qəhrəman şəhidimizin  şərəfli döyüş yolundan söz açılaraq xatirəsi yad edilmiş, ruhuna dualar oxunmuş və valideyininə baş sağlığı verilmişdir. 

Məlumat üçün qeyd edək ki,  Azərbaycan Ordusunun əsgəri olmuş şəhid Mirişli Şəhriyar Bəxtiyar oğlu 1 mart 2002-ci ildə Biləsuvar şəhərində anadan olmuşdur. 2009-2019-cu illərdə Ə.Eynullayev adına 4 saylı tam orta məktəbdə təhsil almış və 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə yollanmışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak etmiş, Cəbrayıl və Füzuli rayonları istiqamətində gedən döyüşlərdə şücaət göstərmiş və Laçın rayonu uğrunda gedən döyüşlərdə düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. 23 oktyabr 2020-ci il tarixində Biləsuvar şəhər qəbristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Mirişli Şəhriyar Bəxtiyar oğlu ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni ilə, "Vətən uğrunda",  "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə",  "Füzulinin azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib. Şəhidin adı Biləsuvar şəhərində küçələrdən birinə verilərək əbədiləşdirilmişdir.

Allah şəhidlərimizə rəhmət eləsin!

Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR