» » » Şəhid Rövşən Elşən oğlu Eynullayevin doğum günündə xatirəsi yad edildi


Şəhid Rövşən Elşən oğlu Eynullayevin doğum günündə xatirəsi yad edildi



Fevral ayının 14-də Biləsuvar rayonunun Nərimankənd  kəndində şəhid Eynullayev Rövşən Elşən oğlunun doğum günü ilə əlaqədar ata ocaqı ziyarət olundu. 

Ziyarətdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, şəhid valideyinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ziyarət zamanı qəhrəman şəhidimizin  şərəfli döyüş yolundan söz açılaraq xatirəsi yad edilmiş, ruhuna dualar oxunmuş və valideyininə baş sağlığı verilmişdir. 

Məlumat üçün qeyd edək ki,  Azərbaycan Ordusunun MAHHXHQ olmuş şəhid Eynullayev Rövşən Elşən oğlu 14 fevral 2000-ci ildə Biləsuvar rayonunun Nərimankənd kəndində anadan olmuşdur. 2006-2017-ci illərdə Ş.Heydərov adına Nərimankənd kənd tam orta məktəbində təhsil almışdır. 2018-2019-cu illərdə müddətli həqiqi hərbi xidmətdə olmuş və 2019-cu ilin dekabr ayından müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə başlamışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan II Qarabağ müharibəsində iştirak etmiş, döyüşlərdə şücaət göstərmiş, sentyabr ayının 29-da Cəbrayıl və Füzuli rayonları istiqamətində gedən döyüşlərdə düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. 29 sentyabr 2020-ci ildə Nərimankənd kənd qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Eynullayev Rövşən Elşən oğlu ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Döyüşlərdə fərqlənməyə görə” medalları ilə təltif edilib.

Allah şəhidlərimizə rəhmət eləsin!
Şərhlər: 0
Şərh yaz
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu Xəbəra şərh əlavə edə bilməz.
karvan


SON MƏQALƏLƏR